Accessibility links

ABŞ Əfqanıstandan təxliyənin davam etdiyini bildirib


Birləşmiş Ştatlar avqust ayında xaotik əməliyyatlardan sonra Əfqanıstanda naməlum sayda qalan ABŞ-a yardım edən əfqanların və ABŞ vətəndaşlarının təxliyəsini davam etdirir.

Dövlət Departamentinin bazar ertəsi yaydığı press-relizə görə, ABŞ avqustun 31-dən bəri 479 Amerika vətəndaşını və 450 daimi sakini ailələri ilə birlikdə təxliyə edib.

Dövlət Departamentinin bildirdiyinə görə, “Əfqanıstanı tərk etmək istəyən, getməyə hazır olan və lazımi səyahət sənədləri olan” onlarla amerikalı ilə əlaqə saxlayır.

Dövlət Departamenti 2200-dən çox əfqan müttəfiqini və onların ailə üzvlərini təxliyə etdiyini bildirib.

Dövlət Departamentinin məlumatına görə, Bayden administrasiyası 95 minə qədər Əfqanıstan vətəndaşının ABŞ-a köçürülməsi üçün maliyyə ayırıb. Onlardan 74 mini artıq Əfqanıstandan çıxarılıb.

Rəsmilər deyirlər ki, əfqanlar “Birləşmiş Ştatlara gəlməzdən əvvəl ciddi və çox dərin yoxlama prosesindən və ölkəyə daxil olmazdan əvvəl əlavə müayinədən keçir”.

Bu ilin əvvəlində Senatdakı Respublikaçılar prosesə nəzarət edən hökumət rəsmiləri ilə müsahibələrin ümumiləşdirildiyini bildirdikləri bir qeyddə yoxlamanın keyfiyyəti barədə mübahisə qaldırmışdı.

Əfqanıstanda 20 il mövcudluğundan sonra ABŞ avqust ayında qoşunlarının çıxarılmasını başa çatdırdı və Taliban ölkəyə nəzarəti ələ keçirdi. Əfqanların və digərlərinin ölkəni tərk etməyə cəhd etməsi Kabil hava limanında xaosun yaranmasına səbəb oldu.

Xaos zamanı Kabil hava limanının girişində həyata keçirilən intiharçı bomba hücumu nəticəsində 13 amerikalı hərbçi həlak oldu, yüzlərlə insan yaralandı.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın dünyanın ən ağır humanitar böhranı astanasında olduğu, ölkə əhalisinin yarıdan çoxunun “kəskin” ərzaq qıtlığı ilə üzləşdiyi və qarşıdan gələn qış aylarında milyonlarla insanın miqrasiya və aclıq arasında seçim etməyə məcbur olacağı barədə dəfələrlə xəbərdarlıq edib.

BMT gələn il Əfqanıstanda 23 milyard insan üçün 4,4 milyard dollarlıq yardıma müraciət edib.

XS
SM
MD
LG