Accessibility links

Taliban qonşu ölkələrə ərazilərində ABŞ-ın Əfqanıstana qarşı bazalardan istifadəsinə icazə verməməsinə dair xəbərdarlıq verib


Taliban çərşənbə günü Əfqanıstanın qonşularını ABŞ-ın ərazilərindən və ya hava məkanlarından müharibənin darmadağın etdiyi ölkəyə qarşı gələcək hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə verməməyə çağırıb.

İslamçı qrup bu xəbərdarlığı Vaşinqtonun ABŞ-ın bu Cənubi Asiya ölkəsini tərk etməsindən sonra NATO hərbi qüvvələri ilə birlikdə antiterror missiyalarını yerinə yetirmək üçün yerini dəyişdirməyi planlaşdırdığı bir vaxt verib.

Taliban açıqlamasında bildirib ki, ABŞ-ın gələcəkdə qonşu ölkələrdən keçirəcəyi hərbi əməliyyatları "böyük tarixi səhv və rüsvayçılıq" olacaq. Açıqlamada xarici qüvvələrin regionda mövcudluğunun müharibənin “əsas səbəbi” olduğu deyilib.

"Əfqanıstan xalqı bu qədər çirkin və təxribatçı hərəkətlərin qarşısında sakit qalmayacaq" - deyə, qrup təfərruatlara varmadan bildirib.

Prezident Co Bayden keçən ay ortağı NATO-nun minlərlə əsgəri ilə birlikdə qalan 2500 Amerika əsgərinin “əbədi müharibə”nin getdiyi Əfqanıstandan sentyabrın 11-nə qədər çıxarılacağını deyib.

Ordunun ölkədən çıxarılması ABŞ-ın 2020-ci ilin fevralında Talibanla imzaladığı barış müqaviləsindən qaynaqlanıb. Lakin üsyançılar nə zorakılığı azaldıb, nə də ABŞ-ın vasitəçiliyi ilə Əfqanıstan hökuməti ilə apardıqları sülh danışıqlarında hər hansı bir irəliləyiş əldə edib və bu da ölkənin düşəcəyi narahatlığını artırdı. Xarici qoşunların çəkilməsi başa çatdıqdan sonra ölkədə xaos yaranıb, qan tökülür.

Razılığa əsasən Taliban qruplaşması Əfqanıstan torpağına nə ABŞ-a, nə də müttəfiqlərinə qarşı terror hücumları həyata keçirə bilməz.

Lakin Əfqanistandakı münaqişə tərəfləri arasında davam edən və getdikcə artan döyüş əməliyyatları Əl-Qaidə və İslam Dövləti də daxil olmaqla, transmilli terror qruplaşmalarının Əfqanıstanı yenidən sığınacağa çevirə biləcəyinə dair narahatlıqları artırıb.

"Torpağımızdan başqalarının təhlükəsizliyinə qarşı istifadə olunmayacağını dəfələrlə təkrar etdiyimiz kimi başqalarını da torpaqlarından və hava məkanlarından ölkəmizə qarşı istifadə etməməyə çağırırıq" - deyə, Taliban çərşənbə günü bir daha təkrarlayıb.

XS
SM
MD
LG