Accessibility links

ABŞ Əfqanıstanda Talibana hava hücumu etdiyini təsdiqləyib


ABŞ-ın Əfqanıstandakı ordusu cümə günü hökümətin təhlükəsizlik qüvvələrini müdafiə etmək məqsədilə gecə Taliban qiyamçılarına qarşı hava hücumu həyata keçirdiyini bildirib.

ABŞ ordusunun sözçüsü polkovnik Sonni Legget Twitter-də bildirib ki, ölkənin cənubunda yerləşən Qəndahar vilayətində hücum ABŞ-la Taliban arasında fevral ayında imzalanan razılıq çərçivəsində həyata keçirilib. O deyib ki, Talibanın silahlı döyüşçüləri Zari vilayətinə Əfqanıstanın təhlükəsizlik yoxlaması məntəqəsinə hücum zamanı hədəf alınıblar.

Legget əlavə detal paylaşmasa da, qiyaçıların hücum zamanı mülki vətəndaşların öldüyünə dair iddialarını inkar edərək, onları “saxta” adlandırıb.

Talban isə öz növbəsində reydi ABŞ-la imzalanan razılığın pozuntusu olduğunu söyləyərək qınayıb və bildirib ki, hücum nəticəsində “bir neçə mülki ev dağılıb” və 10-a yaxın insan ölüb.

Yerli media Qəndahardakı Əfqanıstan rəsmilərinə istinad edərək bildirib ki, ABŞ ordusu Talibanı bombaladığı və azı 30 qiyamçını öldürdüyü zaman Taliban təhlükəsizlik qüvvələrinə qarşı “koordinasiya edilmiş” hücumlara başlayırdı.

Qiyamçı qrupun sözçüsü Qari Yusuf Əhmədi ərzidə heç bir hərbi əməliyyatların və ya döyüşlərin aparılmadığını iddia edib və deyb ki, razılıq qeyri-döyüş zonalarına hava hücumlarını qadağan edir.

“Bu cür məsuliyyətsiz əməllərin davamı mücahiddinlərin cavab tədbirlərinə səəb ola bilər. Bunun məsuliyyəti isə tamamilə Amerikanın boynuna düşəcək,” Əhmədi deyib.

XS
SM
MD
LG