Accessibility links

ABŞ Əfqanıstandan qüvvələri çıxarmağı nəzərdən keçirir


Prezident Donald Tramp ABŞ qoşunlarının Əfqanıstanda olan 14 mindən çox əsgərin təxminən yarısının çıxarılmasının mümkünlüyünü nəzərdən keçirir.

Hesabat planına əsasən, təxminən 7,000 ABŞ əsgəri yanvar ayında evə qayıtmağa başlayacaq, qalanları isə növbəti aylarda mərhələli şəkildə qayıdacaqlar.

ABŞ qoşunları NATO-nun qeyri-hərbi qüvvələrinin bir hissəsidir, onların əsas vəzifəsi Əfqanıstan qöşunlarına öz ölkələrində təhlükəsizliyə görə məsuliyyətə cəlb etmək üçün təlim və məsləhət verməkdir.

Tramp administrasiyası Əfqanıstandakı müharibənin danışıqlar yolu ilə sona çatması üçün Talibanla da danışıqlar apara bilər.

Müdafiə naziri Cim Mattis bu həftə Donald Trampa istefa məktubunda Əfqanıstanı xüsusi qeyd etməyib, amma prezidentin "fikirlərinə ən uyğun olan müdafiə naziri ilə işləməyə hüququ var” yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG