Accessibility links

ABŞ Əfqanıstandan daha 7400 nəfəri evakuasiya edib


Birləşmiş Ştatlar bazar günü son 24 saatda Kabildən əlavə 7400 nəfəri evakuasiya etdiyini bildirib, baxmayaraq ki, Amerika rəsmiləri Talibanın bir həftə öncə Əfqanıstana nəzarəti ələ keçirməsindən sonra Dövlət katibi Antoni Blinkenin sözləri ilə desək “hava limanında olduqca dəyişkən vəziyyətlə” üzləşirlər.

Bu arada isə müdafiə naziri Lloyd Austin amerikalılar və əfqanları Kabildən çıxarıldıqdan sonra çatdırıldıqları təhlükəsiz yerlərdən aparmaq üçün ABŞ-ın altı hava yolları şirkətinə məxsus 17 sərnişin təyyarəsindən istifadəsinə göstəriş verib. Bu, son 30 ildə üçüncü dəfədir ki, ABŞ orduya yardım üçün sərnişin təyyarələrindən istifadə edir.

Blinken “Fox News Sunday” verilişində bildirib ki, amerikalılar və ABŞ-ın Əfqanıstanda 20 illik hərbi mövcudluğu boyunca onlara yardım edən əfqanlardan ibarət son qrup 60 təyyarə ilə ölkədən çıxarılıb. Onların çoxu yaxın Şərq ölkələrinə aparılıb.

Ağ Ev rəsmisi bildirib ki, ümumilikdə ABŞ son həftədə 25 100 nəfəri, iyul ayının sonundan bəri isə 30 min nəfəri evakuasiya edib.

Əfqanıstan qaçmaq istəyən amerikalılar və əfqanlar Kabidlə xaotik vəziyyət yaradıb.

Lakin Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CNN-nin “State of the Union” verilişinə bildirib ki, ABŞ qüvvələri “çox sayda amerikalının hava limanından təyyarə meydanına təhlükəsiz şəkildə keçidini təmin ediblər.”

Biz inanırıq ki, hazırda orada ölkəni tərk etməyə çalışan izdihama nəzarət etmək üçün “kifayət qədər qüvvəmiz var,” Sallivan NBC-nin “Meet the Press” verilişində söyləyib.

Sallivan deyib ki, Prezident Co Bayden “hər gün hava limanı və Pentaqondakı ordu komandirlərindən əlavə resurslara, əlavə qoşunlara ehtiyaclarının olub-olmadığını söruşur. Hələ ki, onların cavabı “yox” olub, amma o bu gün yenə soruşacaq.”

O deyib ki, “Biz Talibana izah etmişik ki, əgər amerikalıların hava limanına getmələrinin, ölkəni tərk etmələrinin qarşısı alınsa və ya bizim əməliyyatlarımıza əngəl törədilsə və evakuasiyalarımıza müdaxilə olunsa, buna cəld və güclü cavab verəcəyik.”

O bildirib ki, ABŞ-ın “dünya boyu 26 ölkə ilə əfqanları, amerikalıları və üçüncü ölkələrin vətəndaşlarını ölkədən çıxarıb, qonşu ölkələrdəki və başqa yerlərdəki hava bazaralarına aparmaqla bağlı razılıqları” var.

Evakuasiyaların çoxu Kabil hava limanından həyata keçirilsə də, ABŞ 169 amerikalını çıxarmaq üçün bir hotelə üç hərbi helikopter göndərib.

Blinken elan edib ki, “Biz amerikalıları təhlükədən çıxarmaq üçün lazım olanı edəcəyik.”

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG