Accessibility links

ABŞ Əfqanıstanla bağlı xarici işlər nazirlərinin virtual görüşünə ev sahibliyi edəcək


ABŞ Dövlət Departamentindən verilən məlumata görə, hava yolu ilə təxliyələrin vaxtı sona çatmaq üzrə olduğu üçün bir neçə ölkənin xarici işlər nazirləri Əfqanıstanla bağlı növbəti addımları müzakirə etmək üçün bazar ertəsi virtual görüşdə bir araya gələcək.

Bazar günü ABŞ "əsas tərəfdaşlari" ilə keçiriləcək toplantıya ev sahibliyi edəcək bu zirvə toplantısı Talibanın hakimiyyətə qayıtmasından iki həftə sonra, ABŞ ordusunun 20 illik müharibədən sonra Əfqanıstanı tərk etməsinə bir gün qalmış keçiriləcək.

Dövlət Departamentindən verilən məlumata görə, toplantıda Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, Türkiyə, Qətər, Avropa İttifaqı və NATO-dan nümayəndələr iştirak edəcək.

"İştirakçılar qarşıdakı günlər və həftələr üçün uyğunlaşdırılmış yanaşmanı müzakirə edəcəklər" - deyə, məlumatda bildirilib.

Toplantıdan sonra ABŞ dövlət katibi Entoni Blinkenin ABŞ-ın Əfqanıstanda son səyləri haqqında məlumat verəcəyi də bildirilib.

Görüş ABŞ-ın Kabildə hava hücumu ilə partlayıcı olan bir maşını məhv etdiyini bildirməsindən bir gün sonraya və Prezident Co Baydenin cümə axşamı intihar hücumundan sonra paytaxtda növbəti terror hücumu barədə xəbərdarlıq etməsindən iki gün sonraya təsadüf edir.

Cümə axşamı həyata keçirilən hücum 13 ABŞ hərbçisi olmaqla, 100-dən çox insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG