Accessibility links

ABŞ əfqan qaçqınların Birləşmiş Ştatlarda məskunlaşması üçün tələb olunan meyarları genişləndirir


Birləşmiş Ştatlar Əfqanıstandan ABŞ qurumları ilə əlaqələri səbəbilə Talibanın qisas riski ilə üzləşə biləcək qaçqınların ABŞ-a yerləşdirilməsi üçün lazım olan meyarların siyahısını genişləndirir.

Dövlət Departamenti bildirib ki, hazırda ABŞ hökuməti, ABŞ tərəfindən maliyyələşdirilən layihə, NATO-nun başçılıq etdiyi hərbi missiya və ya ABŞ-da fəaliyyət göstərən media və ya qeyri-hökumət təşkilatın üçün çalışan minlərlə əfqanıstanlının və onların yaxın ailə üzvləri ABŞ-a məskunlaşmaq haqqına sahibdirlər.

Dövlət Katibi Antoni Blinken bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, ABŞ-ın bu şəxslərə qarşı xüsusi məsuliyyəti var.

"Biz onlara kömək etmək üçün əlimizdən gələni edəcəyik. Həmçinin bu qrup insanlar üçün Birləşmiş Ştatlara gəlməyin fərqli yollarını mümkün edəcəyik. Bundan əlavə biz təkcə Əfqanıstanda deyil, qonşu ölkələrə də çox əhəmiyyətli humanitar yardım ayırırıq ki, onlar ölkələrinə gələrək, mümkündür qaçqın və ya mühacir statusu axtaran insanlara dəstək ola bilsinlər" – deyə, Dövlət Katibi məsələyə münasibət bildirib.

Blinken deyib ki, genişləndirilmiş proqram "çətinliklər yaratsa da, ABŞ əfqan tərəfdaşlarımız qarşısındakı məsuliyyətinə çox ciddi yanaşır."

Bu addım ABŞ -ın təxminən 20 ildən sonra Əfqanıstandakı hərbi mövcudluğunu azaltmasından sonraya təsadüf edir.

Beynəlxalq qoşunlar ölkəni tərk etməyə başladığından bəri Taliban üsyançıları ölkənin 420-yə yaxın rayonunun təxminən yarısını ələ keçirərək Əfqanıstan qüvvələrinə qarşı genişmiqyaslı hücumlar təşkil ediblər.

Bunan əvvəl çox məhdud sayda əfqan artıq Dövlət Departamentinin Xüsusi İmmiqrant Vizası (SIV) proqramı çərçivəsində köçürülmə hüququna yiyələnib.

XS
SM
MD
LG