Kaliforniyalı alimlər ştatda hər an zəlzələnin ola biləcəyini deyir. Məhz buna görə də ştat sakinləri hazırlıqlara yardım etmək üçün illik məşğələlərdə iştirak ediblər.
Alimlər həm də bu yaxınlarda ictimailəşdirdikləri “Shake Alert” adlı xəbərdarlıq sisteminin hazırlanması ilə məşğul idilər. Seysmoloqlar bu yeni sistemi dünyanın ən mürəkkəb erkən xəbərdarlıq sistemi olduğunu iddia edirlər.
Riçard Allen, Berkli Universitetinin Seysmoloji Laboratoriyası: “Düşünürəm ki, biz bu sistemin erkən xəbərdarlıq sistemləri arasında ən mütərəqqi olduğunu deyə bilərək. Yəni ki, sistem zəlzələnin başlandığını deməklə bərabər, nə qədər davam edəcəyini və hansı gücə malik olacağını deyə biləcək.”
ShakeAlert 2.0 sistemi Kaliforniya, Vaşinqton və Oreqon ştatları sakinlərinə zəlzələ ilə bağlı erkən xəbərdarlıq məqsədi ilə ABŞ Geoloji İdarəsi və Berkli Universitetinin Seysmoloji Laboratoriyası tərəfindən hazırlanıb.
Peqqi Helveq, Berkli Universitetinin Seysmoloji Laboratoriyası: “Bu sistem zəlzələnin başlandığı erkən mərhələdə onun böyüklüyünü bildirir. Tutaq ki, zəlzələ baş verir və sistem onun böyük olduğunu deyir. Bu zaman hər şeyi atıb, gizlənməlisiniz.”
ShakeAlert zəlzələ başlayan zaman yerə çatan seysmik dalğaları ölçmək üçün sensorlar şəbəkəsindən istifadə edir.
Peqqi Helveq: “Bu tərəfdə gördüyünüz növbəti yeddi erkən zəlzələ xəbərdarlığı üçün stansiyadır. Çox yüksək dəqiqliklə çalışan seysmometr. O çox həssasdır. Bu isə akselerometrdir. O böyük zəlzələləri ölçür.”
Riçard Allen: “Bizim, ərazinin müxtəlif hissələrində yerləşdirilmiş sensorlarımız var. Bundan əlavə dalğanın formasını tanıyan alqoritmlərimiz var. Sistemi unikal edən də budur. Digər sistemlərin heç biri bunu etmir.”
İdealda bu yeni sistem zəlzələlərin tez-tez olduğu yerlərdə insanlara təhlükəsiz yeri tez tapmağa kömək etməlidir.