Accessibility links

ABŞ Əl-Şəbaba qarşı hava hücumu həyata keçirib


ABŞ-ın ordu rəsmiləri bildirir ki, ABŞ və yerli qüvvələrinin Somalinin cənubunda hücuma məruz qalmasından sonra Birləşmiş Ştatlar ordusu hava hücumu həyata keçirərək 18 Əl-Şəbab terrorçusunu öldürüb.

ABŞ ordusunun Afrika Komandanlığı bəyanatında bildirib ki, hava hücumu cümə günü liman şəhər Kismayodan təxminən 50 kilometr şimal-qərbdə müdafiə məqsədilə hayata keçirilib.

Bəyanatda iki digər Əl-Şəbab ekstremistinin Somali qüvvələri tərəfindən “kiçik silahlarla” öldürülüdüyü bildirilir.

AFRICOM sözçüsü heç bir ABŞ və ya tərəfdaş qüvvələrinin xəsarət almadığını deyib. Sözçü qeyd edib ki, hava hücumu ekstremistlərin ABŞ və Somali qüvvələrinin “birgə patruluna doğru manevr etdiyi müşahidə olunandan” sonra həyata keçirilib.

ABŞ bu il Əl-Qaidəyə bağlı Əl-Şəbab qrupuna qarşı 20 bu cür hava hücumu edib. Əl-Şəbab Səhraaltı Afrikanın ən ölümcül radikal İslamçı qrupudur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG