Accessibility links

ABŞ Əl-Qaidənin Suriyadakı mövqeyinə hava zərbələri endirib


Rusiya ABŞ-ı Suriyanın İdlib vilayətində hava hücumu keçirməklə atəşkəs rejimini təhlükə altına almaqda ittiham edib.

Rusiyanın bildirdiyinə görə, hücum İdlibdə hərbi qüvvələrini yerləşdirmiş Rusiya, ya da Türkiyəyə əvvəlcədən xəbərdarlıq edilmədən şənbə günü keçirilib.

Əl-Qaidənin Suriyadakı rəhbərliyi ABŞ vətəndaşları…tərəfdaşlar və günahsız mülki vətəndaşları təhlükədə qoyan hücumlara görə məsuliyyət daşıyır.
ABŞ-ın Mərkəzi Komandanlığı

ABŞ-ın Mərkəzi Komandanlığı şənbə günü “Amerika hərbi qüvvələrinin Əl-Qaidənin Suriyada rəhbərliyinin İdlibin şimalındakı obyektinə zərbələr endirdiyini” bildirib.

Hərbi qüvvələrin bəyanatında bildirilir ki, “Əl-Qaidənin Suriyadakı rəhbərliyi ABŞ vətəndaşları…tərəfdaşlar və günahsız mülki vətəndaşları təhlükədə qoyan hücumlara görə məsuliyyət daşıyır”.

Rusiyanın Müdafiə Nazirliyinin açıqladığı bəyanatda hücumun “İdlibdə təhlükəsizlik zonasında atəşkəsi təhlükə altına aldığı” deyilir.

Müdafiə Nazirliyi hücumun “böyük tələfat və dağıntı” ilə nəticələndiyini bildirib.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, hava hücumları nəticəsində 40 militant qətlə yetirilib.

XS
SM
MD
LG