Accessibility links

ABŞ “ən yaxşı” ölkələr siyahısında ilk beşliyə belə düşməyib


.
.

Prezident Donald Trampın “Amerikanı Yenidən Möhtəşəm Edək” cəhdlərinə baxmayaraq, Birləşmiş Ştatlar “ən yaxşı” ölkələr siyahısında heç ilk beşliyə belə düşməyib. Reytinqi “U.S. News & World Report” hazırlayıb.

BAV Group konsultasiya şirkəti və Pensilvaniya Universitetinin Wharton Məktəbi ilə birgə hazırlanan “Ən yaxşı ölkələr” indeksində ölkələr bir sıra kateqoriyalar üzrə dəyərləndirilir. Ölkənin səyahət baxımdan cəlbediciliyi, biznes imkanları, mədəni nüfuzu, müasirliyi, sahibkarlıq, həyat keyfiyyəti, miras, güc və artımına baxılır. Bütün bu ölçülərə görə İsveçrə bu il birinci yerə çıxıb. Ondan sonra ilk beşlikdə Yaponiya, Kanada, Almaniya və Britaniya yer alır.

Azərbaycan 80 ölkə arasında 70-ci yerdədir. Ötən il Azərbaycan 64-cü yeri tutmuşdu, yəni, geriləyib.

Qonşulardan Ermənistan və Gürcüstan reytinqə salınmayıb. Türkiyə 34, Rusiya isə 24-cüdür.

Birləşmiş Ştatlar ötən il olduğu kimi səkkizinci pillədə qalıb, 2016-cı ildə dördüncü olmuşdu. Son illərin geriləməsi elə Trampın rəhbərliyi ilə əlaqələndirilir. Tədqiqatçılar ötən il ölkə ilə bağlı beynəlxalq yanaşmaya “böyük mənfi” təsir göstərildiyini deyir. “2019-cu ilin Ən Yaxşı Ölkələri” hesabatında 75 fərqli ölçü üzrə 80 ölkə dəyərləndirilib. 36 ölkədə 20 min respondentin rəyi öyrənilib.

“Ən nüfuzlu” altkateqoriyasında Rusiya 26-cı yerdən 24-ə, Çin isə 20-ci pillədən 16-ya qalxıb.

Çinlə Rusiya mədəni nüfuz kateqoriyasında da irəliləyiblər. Bu kateqoriya üzrə birinci yeri İtaliya tutub. Sorğuda respondentlərdən ilk dəfə soruşulub ki, ərzaq və şərabı hansı ölkədə qəbul etmək istəyərdilər.

Birləşmiş Ştatlar bu alt-kateqoriyalarda uyğun olaraq 11-ci və 7-ci olub. Səhiyyə üzrə Almaniya birinci, ABŞ 10-cu yerdədir.

Sahibkarlığın durumuna görə liderlik Yaponiyadadır, həyatın keyfiyyətinə görə isə 17-cidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG