Accessibility links

8,000 ABŞ əsgəri Meksika ilə sərhədə göndərilir


ABŞ hərbi rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, ABŞ-ın Meksika ilə sərhədinə cəmləşdirilən qüvvələrin sayı 8,000-ə çatdırılıb.

Prezident Donald Tramp Mərkəzi Amerikadan ABŞ-a siyasi sığınacaq almaq üçün üz tutan miqrant karvanının ölkəyə daxil olmasının qarşısını almaq üçün qoşunları sərhədə göndərib.

Bizim imkan problemimiz var. Biz Müdafiə Nazirliyinə yardım üçün müraciət etmişik.

Rəsmilər aktiv hərbi xidmətdə olan əsgərlərin ərazidə Daxili Təhlükəsizlik Nazirliyinə sərhəd təhlükəsizliyini təmin etməkdə yardım göstərəcəklərini deyirlər.

"Bizim imkan problemimiz var,” Daxili Təhlükəsizlik Naziri Kirtyen Nielsen qoşunların əraziyə cəlb edilməsini izah edib. "Biz Müdafiə Nazirliyinə yardım üçün müraciət etmişik."

Sərhəddə artıq Milli Qvardiyanın 2,100 əsgəri xidmət edir.

Hazırda sərhədi qorumağa yardım göstərən əsgərlərin sayı İraq və Suriyada terror qruplarına qarşı mübarizə aparan əsgərlərin sayından çoxdur.

Minlərlə adamın qatıldığı Mərkəzi Amerikadan qaynaqlanan mühacir karvanı ABŞ-a üz tutub.
Minlərlə adamın qatıldığı Mərkəzi Amerikadan qaynaqlanan mühacir karvanı ABŞ-a üz tutub.

Bu arada ABŞ-a siyasi sığınacaq almaq üçün gələn Mərkəzi Amerika miqrantlarından ibarət qrup Prezident Donald Trampı məhkəməyə verib.

Honudrasdan olan 6 mühaciri təmsil edən vəkillər Vaşinqtondakı ABŞ Dairə Məhkəməsində Trampın onların ABŞ Konstitutsiyasına Beşinci Düzəlişi pozduğu əsasında iddia qaldırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG