Accessibility links

ABŞ əsgərlərinin qalıqlarının repatriasiya mərasimi keçirilib


Cənubi Koreya və Havayda Koreya müharibəsi zamanı həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının repatriasiya mərasimi keçirilib.

Amerikanın müdafiə rəsmiləri Şimali Koreyanın əsgərlərinin kimliyinin müəyyən edilməsi üçün heç bir məlumat vermədiyini bildirib.

Rəsmilər Pxenyanın 55 qutu ilə yalnız bir birka yolladığını deyir.

Bundan əlavə ABŞ-ın tibbi ekspertizasına yardım edəcək heç bir məlumat yoxdur.

Koreya müharibəsində Cənubi Koreya tərəfindən BMT-nin 17 üzvü döyüşüb.

Cəsədlərin təhvilinə dair razılıq ötən ay ABŞ və Şimali Koreya prezidentləri arasında keçirilən tarixi görüş zamanı əldə edilib.

Müharibə zamanı 7700-ə yaxın ABŞ əsgəri itkin düşüb. 5300 əsgərin qalıqlarının hələ də Şimali Koreyada qaldığına inanılır.

XS
SM
MD
LG