Accessibility links

ABŞ Amerika vətəndaşlarının İraqa səfərlərilə bağlı xəbərdarlıq edib


ABŞ-ın İraqda səfirliyi Amerika vətəndaşlarının İraqa səfərlərinə dair xəbərdarlıq edib.

Səfirliyin açıqladığı xəbərdarlıqda İraqda adam oğurlanması və zorakı terror aktları da daxil olmaqla, təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar narahatlıq bildirilir. Xəbərdalıqda ABŞ səfirliyinin Amerika vətəndaşlarının İraqda qarşılaşa biləcəyi vəziyyətlərdə fəaliyyət imkanlarının məhdud olduğu deyilir.

Səfirlik bu xəbərdarlığı Bağdadın beynəlxalq hava limanının qısa qülləli toplardan atəşə tutulmasından sonra verib.

ABŞ səfirliyi bildirib ki, paytaxt Bağdad da daxil olmaqla, İraqda bütünlüklə təhlükəsizliklə bağlı vəziyyətə görə Amerika vətəndaşlarına məhdud konsul xidmətləri göstərilə bilir.

Amerika vətəndaşlarının Suriya, Türkiyə və İranla sərhəd bölgələrə səfər etməməsilə bağlı xəbərdarlıq edilərək, bu regionların daha təhlükəli və sərhədlərin bəzi hallarda qeyri-müəyyən olduğu bildirilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG