Accessibility links

11 Sentyabr hücumlarının ildönümündə Bayden son 20 ilin hadisələrini əhatə edən dövrün sona çatdığını vurğulamağa çalışır


11 Sentyabr Xatirə Muzeyinin baş kuratoru Yan Ramirez muzey arxivinə təhvil verilmiş başsağlığı kartlarını nəzərdən keçirir, 16 iyul, 2021.
11 Sentyabr Xatirə Muzeyinin baş kuratoru Yan Ramirez muzey arxivinə təhvil verilmiş başsağlığı kartlarını nəzərdən keçirir, 16 iyul, 2021.

2001-ci ilin 11 sentyabr gününün dəhşətli hadisələri cəmi 102 dəqiqə ərzində baş verdi. Həmin gün müasir tarixdə ən dəhşətli terror hücumu zamanı 2996 adam həyatını itirdi.

Bunun ardınca Əfqanıstanda 19 il, 10 ay, 3 həftə və 2 gün davam edən müharibə başladı. Müdafiə Nazirliyi müharibədə azı 2325 amerikalı hərbçinin öldüyünü bildirib. Öldürülən mülki şəxslərin dəqiq sayını isə heç kim bilmir.

2021-ci il 11 Sentyabr günü Prezident Co Bayden bu iki faciəni vurğulamağa çalışaraq, Amerikanın ən uzun sürən müharibəsinə səbəb olan faciələrin baş verdiyi hər üç məkanı ziyarət edəcək.

Terrorla Qlobal Müharibə adlandırılan müharibə Mərkəzi Asiya ölkəsi olan Əfqanıstanın hüdudlarından kənara çıxaraq, İraqdan tutmuş Afrikaya qədər, dünyanın digər yerlərinə qədər uzandı. İraqdakı münaqişədə təxminən 4500 ABŞ hərbçisi və yüz minlərlə mülki şəxs həlak oldu.

Avqustun sonuna qədər bütün qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı mübahisəli qərardan sonra Bayden administrasiyası 11 sentyabr hadisələrinə aydınlıq gətirə biləcək bir çox məxfi sənədi açıqlamaq qərarını verərək, son 20 ilin hadisələrini geridə qoymaq üçün qətiyyətli addımlar atdı.

Bayden şənbə günü hadisələrin baş verdiyi hər üç yeri ziyarət edəcək. Günəşli sentyabr günü, səhər saat 8:46-da American Airlines-11 təyyarəsinin Dünya Ticarət Mərkəzinin şimal qülləsini və 17 dəqiqə sonra United Airlines-175 nömrəli uçuşu icra edən təyyarənin mərkəzin cənub qülləsini vurduğu Nyu-York şəhərinə gedəcək.

Prezident həmin hücumlardan 34 dəqiqə sonra American Airlines-77 reysini icra edən təyyarənin çırpıldığı Pentaqonu ziyarət edəcək. Co Bayden və vitse -prezident Kamala Harris həlak olanların xatirəsini anmaq üçün United Airlines-93 təyyarəsinin son mənzili olan Pensilvaniya ştatının Şanksvil bölgəsində sahəni də ziyarət edəcək.

Pentaqon - 2001-ci il 11 sentyabar hücumu
Pentaqon - 2001-ci il 11 sentyabar hücumu

Texasın Austin Universitetinin tarix üzrə professoru Ceremi Suri bunun son 20 ilə yaxın bir dövrlə bağlı film ssenarisinə bənzədiyini deyir.

"Prezident son 20 ilin altından bir xəttini çəkir və o, bir tarixçi kimi hərəkət edir. O, İkinci Dünya Müharibəsinin sonunda olduğu kimi, həmin dövrə son qoyulduğunu və İkinci Dünya Müharibəsindən sonra Harri Trumenın yeni qərarlar verdiyi kimi, yeni qərarlar verməyin vaxtının gəldiyini deyır", Ceremi Suri Amerikanın Səsinə bildirib.

Son rəy sorğularına əsasən, amerikalılar prezidentin Əfqanıstandan hərbi qüvvələrin çıxarılması qərarını geniş şəkildə dəstəkləməyə davam edib, lakin eyni zamanda, Bayden administrasiyasının evakuasiyaya səylərini tənqid ediblər. Prezident seçkilərindən sonra indiyədək dəstəyin ən aşağı 43 faiz səviyyəsində olan reytinqin səbəbi də bu yeni sorğularla izah edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG