Accessibility links

ABŞ 5-11 yaş arasında uşaqlar üçün COVID vaksinindən istifadəni təsdiqləyib


ABŞ-ın səhiyyə rəsmiləri çərşənbə axşamı Pfizer-in uşaqlar üçün nəzərdə tutulan COVID-19 peyvəndinin tətbiqinə yekun icazəni verib. Bu, ölkədəki vaksinasiya kampaniyasının genişləndirilməsidir.

Ərzaq və Dərman Administrasiyası (FDA) artıq 5-11 yaşları arasında uşaqlar üçün yeniyetmələr və yetkinlərə vurulan dozanın üçdə birinə bərabər peyvəndi artıq təsdiqləmişdi. Lakin FDA-ın təsdiqlədiyi vaksinləri ABŞ-ın Xəstəliklərə və Nəzarət Mərkəzi (CDC) tövsiyə etməlidir.

CDC direktoru Dr. Roşel Valenski bu açıqlamanı məsləhət komitəsi yekdilliklə Pfizer-in peyvəndinin həmin yaş qrupundakı 28 milyon uşağa tətbiqə qərar verəndən sonra edib.

“Bu gün panemdiyanın gedişatında əlamətdar bir gündür,” Valenski komitə çərşənbə axşamı müzakirələrə başlamadan öncə bildirib.

O deyib ki, xəstəliyin ağır halları və ölümlər azyaşlı uşaqlar arasında daha az olsa da, bu təhlükə realdır və COVID-19-un gənclərə sosial, psixi sağlamlıq və təhsil baxımından böyük təsiri var.

“İkinci sinifdə oxuyan və hələ də normal məktəb ilini təcrübə etməyən uşaqlar var. Uşaq peyvəndi bizə bunu dəyişməyə yardım etmək gücünə malikdir”.

Pfizer və BioNTech-in istehsal etdiyi milyonlarla doza peyvənd artıq ştatlara, həkimlərə və apteklərə göndərilib. Onların qapaqları narıncı rəngdədir və bu da onları yetkinlər üçün nəzərdə tutulan bənövşəyi qapaqlı flakonlardan ayırmaq məqsədi daşıyır.

Amerika Pediatriya Akademiyası bu xəbəri alqışlayıb. 5-11 yaşları arasındakı uşaqlara hər kəsə olduğu iki üç həftə ara ilə 2 doza vurulacaq, lakin onlara vurulan dozalar daha az olacaq .

Bir çox valideyn uşaqlarının sağlamlıqların təhlükəyə atmadan və ya xəstəlyi evə daşımadan normal həyatlarına davam edə bilmələti üçün peyvəndin tətbiq olunmasına çağırış edirdi. Lakin CDC-nin məsləhətçiləri deyir ki, onlar bir çox valideynində də suallarının olduğunu və tüğyan edən dezinformasiya səbəbilə vaksindən qorxduqlarını anlayırlar.

Komitə üzvləri deyir ki, onlar valideynlərin uşaq həkimləri peyvəndlə bağlı sual vermələrini və peyvənd vurdurmağın uşaqlarının ciddi şəkildə xəstələnməyəcəyini düşünərək onları riskə atmaqdan daha faydalı olduğunu anlamalarını istəyirlər.

Peyvəndin təhlükəsizliyi məsələsinə gəldikləri isə indiyədək Amerikada 106 milyondan çox insana, o cümlədən 12-15 yaşı arasında 7 milyon yeniyetməyə Pfizer-in iki doza tam güclü vaksini vurulub.

Hökumət məlumatlarına əsasən, ABŞ-da 5-11 yaşı arasında təxminən 8300 uşaq koronavirus səbəbilə xəstəxanaya yerləşdirilib. Onların, demək olar, üçdə biri reanimasiya söbəsinə köçürülüb. CDC həmin yaş qrupunda azı 94 ölüm halının qeydə alındığını bildirir.

ABŞ-da son zamanlarda COVID-19 hallarında azalma müşahidə olunsa da, ekspertlər bayram səyahəti və soyuq havada insanların daha çox qapalı yerlərdə vaxt keçirməsi səbəbilə koronavirusun yayılmağa davam edəcəyindən və yoluxma hallarının artacağından narahatdırlar.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG