Accessibility links

ABŞ ailələrinin orta gəliri ən yüksək həddə çatıb


ABŞ-ın əhalini siyahıya alma bürosunun verdiyi məlumata görə, Amerika ailələlərinin orta gəlirləri keçən il ən yüksək həddə çataraq, 61 min 372 dollar olub.

Birləşmiş Ştatlarda ailələrin yarısının daha çox, qalan yarısının isə daha az gəlir əldə etdiyini göstərən bu yeni rəqəm dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkəsinin iqtisadiyatının aprel-iyun ayları arasında 4.1 faiz artdığını əks etdirir. 2017-ci ildə Amerika ailələrinin gəliri 60 min 309 dollar təşkil edərək, 2016-cı illə müqayisədə 1.8 faiz artım olduğunu göstərib.

Orta sinfin gəlirləri son illər ölkə iqtisadyyatının on il bundan əvvəlki iqtisadi tənəzzüldən çıxdığı müddətdə artıb. İqtisadi tənəzzül nəticəsində milyonlarla insan işini, bir çox ailə isə ipotekaları ödəyə bilmədiyi üçün evlərini itirmişdi.

ABŞ-ın əhalini siyahıya alma bürosunun rəsmisi bildirib ki, hazırda amerikalıların çoxu yarım ştat işdən tam ştat işə keçir və bununla maliyyə baxımdan vəziyyətlərini yaxşılaşdırır.

Lakin buna baxmayaraq, əhalini siyahıya alma bürosu bildirib ki, 328 milyon amerikalının 12.3 faizi yoxsul yaşayır. Bu, 2016-cı ildə 12.7 faizdən bir qədər aşağıdır. Siyahıya alma bürosunun bildirdiyinə əsasən, amerikalıların 8.8 faizi səhiyyə sığortasına malik deyil. Bu rəqəm əvvəlki ildəki göstərici ilə eynidir.

XS
SM
MD
LG