Accessibility links

ABŞ Ali məhkəməsi bəzi immiqrantların "Green Card" almamaması yönündə qərar çıxarıb


ABŞ Ali Məhkəməsi bazar ertəsi yekdilliklə humanitar səbəblərdən Birləşmiş Ştatlarda yaşayan 12 ölkədən 400000 immiqrantın daimi sakin olmaq hüququ olmadığını bildirib.

Hakim Elan Kaqan bildirib ki, ABŞ immiqrasiya qanunu ölkəyə qaçaq yolla daxil olan miqrantların Müvəqqəti Qorunma Statusuna (TPS) sahib olmasına baxmayaraq, daimi yaşayış və ya "yaşıl kart" almasına yol vermir.

Qərar 1990-cı illərin sonlarından bəri Nyu-Cersidə yaşayan və El Salvadordan olan Xose Sançez və Sonia Qonzales ilə əlaqəli bir məhkəmə işindən sonra verilib. Qərar ABŞ-a qanunsuz olaraq gələn, lakin humanitar qorunma alan insanların ölkəyə nə üçün "qəbul edildikləri" barədə sual yaradır.

Əyalət məhkəməsi cütlüyün lehinə qərar versə də, Apellyasiya Məhkəməsi qərarı ləğv edib. Məhkəmə TPS-in ABŞ-a "giriş təşkil etməməsi" yönündə qərar qəbul edib.

Ali məhkəmə hər iki şəxsin qanuni olaraq qəbul edilməsi ilə razılaşmayıb.

"TPS proqramı xarici vətəndaşlara immiqrant statusu verir, lakin onları qəbul etmir" deyən Kaqan əlavə edib ki, "beləliklə TPS ölkəyə qanunsuz daxil olan şəxsi "Yaşıl Kart" almaq üçün qanuniləşdirmir".

Nümayəndələr Palatası TPS proqramından istifadə edən miqrantların daimi sakin olmasına imkan verən qanunları təsdiqləsə də, qanunun aqibəti hələ ki, Senatda qeyri-müəyyəndir.

Hazırda El Salvadordan başqa 11 ölkədən TPS statusu alan miqrantlar deportasiyadan qorunur. Bu ölkələrə Haiti, Honduras, Myanma, Nepal, Nikaraqua, Somali, Cənubi Sudan, Sudan, Suriya, Venesuela və Yəmən daxildir.

XS
SM
MD
LG