Accessibility links

ABŞ, Almaniya və Rusiya kosmonavtları Beynəlxalq Fəza Stansiyasından Yerə dönüb


Beynəlxalq Kosmik Stansiyada təxminən 200 gün keçirdikdən sonra üç kosmik səyahətçi təhlükəsiz şəkildə Yerə qayıdıb.

Almaniyalı Aleksandr Gerst, amerikalı Serena Aunon-Kansellor və rusiyalı Sergey Prokopyevi gətirən Soyuz kosmik gəmisi cümə axşamı səhər saatlarında Qazaxıstana enib.

Kosmik gəminin yerə enişi Beynəlxalq Kosmik Stansiyadan ayrılmadan üç saat sonra baş verib.

Gerst, Aunon-Kansellor və Prokopyev Orbital posta iyun ayında gedib və bu missiyası zamanı yüzlərlə elmi təcrübə həyata keçirilib.

Prokopiyev həmçinin Soyuz kosmik gəmisində aşkar edilmiş sirli çuxurun təmirinin mümkünlüyünü yoxlamaq üçün rus kosmonavt Oleq Kononenko ilə kosmik gəzinti keçirib.

XS
SM
MD
LG