Accessibility links

Alyaskada 7.8 bal gücündə zəlzələ olub


Çərşənbə axşamı gecə Alyaska yarımadasında baş verən 7.8 bal gücündə zəlzələ sunami xəbərdarlığına səbəb olub və region sakinləri daha yüksək yerlərə qaçmağa məcbur edib. Sığınacaqlara toplaşan yüzlərlə insan koronavirusun yayılmasına qarşı maska taxmalı olub.

ABŞ-ın Geoloji Xidmətlər Mərkəzi çərşənbə axşamı yerli vaxtla saat 10:12-də baş verən zəlzələnin mərkəzinin Alyaskanın cənub-şərqdəki Perrivill bölgəsindən 105 kilometrlik məsafədə, 28 km dərinlikdəki sularda olduğunu bildirib.

"Hər hansı bir zərər barədə məlumat verilməyib. Xəsarət alanlar da olmayıb. Hər şey qaydasındadır" - deyə, Kodiak Polis İdarəsindən Mayk Sorter çərşənbə günü səhər Associated Press xəbər agentliyinə bildirib.

Sosial mediada yayımlanan videolarda sakinləri evakuasiyaya çağıran səsləri eşidilib.

Anchorage Daily News agentliyi Kodiak adasındakı yerli katolik məktəbinin və yerli liseyin də qapılarını evakuasiya edilənlər üçün açıldığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG