Accessibility links

ABŞ Amerikada doğulan cihadçını qəbul etmir


ABŞ Amerikada doğulan İslam Dövləti təbliğatçısını ölkəyə qəbul etməkdən imtina edib.

Tramp administrasiyası Suriyadan 24 yaşlı Hoda Muthananın artıq ABŞ vətəndaşı olmadığını bildirib.

Bu, digərləri üçün presedent olmaqla yanaşı, hüquqi çəkişməyə səbəb ola bilər. Belə ki, ABŞ vətəndaşlığını itirmək asan proses deyil.

Mən Dövlət Katibi Mayk Pompeoya göstəriş vermişəm ki, Hoda Muthananı ölkəmizə buraxmasın!
Donald Tramp, ABŞ prezidenti

"Xanım Hoda Muthana ABŞ vətəndaşı deyil və ABŞ-a qəbul edilə bilməz. Onun nə leqal əsası, qanuni pasportu, passport almağa haqqı, nə də Amerikaya səyahət vizası almaq hüququ var”- deyə, ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

"Biz amerikalılara Suriyaya səfər etməməyi tövsiyə edirik,” deyə, o əlavə edib.

Pompeo Suriyaya Amerika pasportu ilə səfər edən şəxsin nəyə görə amerikalı hesab edilmədinə dair məlumat verməyib.

Dövlət Katibi Mayk Pompeo Muthananın ABŞ vətəndaşı olduğunu inkar edir.
Dövlət Katibi Mayk Pompeo Muthananın ABŞ vətəndaşı olduğunu inkar edir.

Pompeonun bəyanatı ABŞ-ın digər ölkələrdəki cihadçıların qəbul edilib məsuliyyətə cəlb edilməsi çağırışlarına görə çaşqınlıq yaradıb.

ABŞ prezidenti Donald Tramp ötən şənbə günü Tvitter hesabında yazıb ki, əks halda amerikalılar onları buraxacaq və nəticədə onlar azad adamlar kimi Avropa İttifaqı ölkələrinə dönə və gələcəkdə yenidən terrorçuluqla məşğul ola bilər.

Muthana Amerika vətəndaşlığını qəbul edən yəmənli ailənin övladıdır. O, İraq və Suriyada İŞİD cihadçılarına qoşulan 64 amerikalıdan biridir.

2014-ci ilin sonlarında Suriyaya getdikdən sonra Hoda Twitter-də biri Amerika pasportu olmaqla, pasportlarını yandıran üç qadınla bərabər şəklini yaymışdı.

Onun sosial mediada amerikalıların qətlə yetirilməsinə dair çağırışları və o zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən ekstremist qrupun tərənnümləri ilə bağlı şərhləri yer alıb.

XS
SM
MD
LG