Accessibility links

ABŞ anti-korrupsiya indeksində ilk iyirmilikdəki yerini itirib


Transparency International beynəlxalq şəffaflıq təşkilatının yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində deyilir ki, ABŞ anti-korrupsiya səylərinə görə 4 xalq geriləyərək, ilk iyirmilikdəki yerini itirib.

Qurumun ABŞ təmsilçisi Zoe Riterin dediyinə görə, Korrupsiyanı Qavrama İndeksində 4 xal geriləmə “həyəcan siqnalıdır”.

Bu tendensiya davam etsə, qlobal korrupsiyaya qarşı mübarizəyə başçılıq edən bu ölkədə ciddi korrupsiya problemləri baş qaldıracaq

O bildirib ki, bu, Amerikanın və hakimiyyətin yüksək təbəqəsinin etika normalara riayət etmədiyi bir vaxt baş verir.

"Bu tendensiya davam etsə, qlobal korrupsiyaya qarşı mübarizəyə başçılıq edən bu ölkədə ciddi korrupsiya problemləri baş qaldıracaq”- deyə, Riter əlavə edib.

Amerika hazırda 75-ci pillədən 71-ə enib.

Təşkilat Rusiyanın “qırmızı zona”da yerləşdiyini bildirir. Bu isə o deməkdir ki, 2018-ci ildə Rusiyada vəziyyət Gürcüstan,Ermənistan, Moldova, Ukrayna, Baltik ölkələri, Qazaxıstan, Türmənistan və Özbəkistan kimi sabiq sovet respublikalarının əksəriyyətindən daha pisdir.

2018-ci ilin indeksinə 180 ölkə salınıb. Danimarka və yeni Zelandiya siyahıda ön sıralarda yer alır.

Ən ağır vəziyyət Somali, Suriya, və Cənubi Sudanda müşahidə edilir.

Azərbaycan 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.

Transparency International siyasi güc, maraqların toqquşması, hökumətə şəxsi təsir və seçicilərə təzyiqlər baxımından ölkələrin durumunu müəyyən edir.

Ən yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verilir.

XS
SM
MD
LG