Accessibility links

ABŞ atleti Riçardson marixuana testindən sonra Olimpiya oyunlarında 100 metr məsafəyə qaçışdan kənarlaşdırılıb


Amerika çempionu Şakarri Riçardson üzərində keçirilən testdə marixuanada aşkar edilən kimyəvi maddənin tapılması səbəbindən Olimpiya oyunlarında 100 metr məsafəyə qaçış üzrə yarışda iştirak edə bilməyəcək.

İyunun 19-da 10.86 saniyə göstərici ilə Olimpiya oyunlarına vəsiqə verən 100 metr məsafə üzrə qaçışın qalibi olan Riçardson cümə günü "Today Show" proqramında ona tətbiq olunan qadağadan danışıb. Riçardsonun Olimpiya oyunlarından öncəki sınaq oyunları zamanı testlərinin cavabı müsbət çıxıb və beləliklə onun əldə etdiyi nəticə silinib. Yarışı dördüncü sırada bitirən Cenna Prandininin Riçardsonu əvəz edəcəyi gözlənilir.

Riçardson iyulun 27-də sona çatacaq 30 günlük cəzanı qəbul edib. Bu isə ona qadın estafet yarışlarında iştirak etmək imkanı verə bilər. ABŞ-ın Yüngül Atletika qurumu estafetlə bağlı planlarını açıqlamayıb.

21 yaşlı qısa məsafə üzrə qaçış idmaçısının Olimpiya oyunlarının ən çox gözlənilən yarışlarından birində Yamayka təmsilçisi Şelli-Ann Freyzer-Prays ilə qarşılaşacağı gözlənilirdi.

Cümə axşamı onun mümkün marixuana istifadəsi ilə bağlı xəbərlər yayılanda, Riçardson sadəcə "Mən insanam" yazılı tvit paylaşıb. O, cümə günü televiziyaya çıxıb və anasının bu yaxınlarda vəfat etməsi səbəbindən marixuanadan istifadə etdiyini deyib.

"Məni duyğular təhrik etdi və kor etdi, kədər, ağrı və daxili əzab gözümü bağladı. Özümü gizlədə bilməyəcəyimi bilirəm, buna görə bir şəkildə ağrımı gizlətməyə çalışırdım" – deyə, o televiziya şousunda bildirib.

Riçardson terapiya proqramına qatıldığı üçün üç aylıq cəza bir aya endirilib.

XS
SM
MD
LG