Accessibility links

ABŞ Avropa İttifaqı ilə tariflərin aradan qaldırılmasına dair razılıq əldə edib


Birləşmiş Ştatlar və Avropa İttifaqı çərşənbə günü əlavə tarif tətbiq edərək bir-birilərini cəzalandırmayacaqlarına razılaşıb.

ABŞ prezidenti Donald Tramp deyir ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı qeyri-avtomobil mallarına “sıfır tarif” və “sıfır subsidiyalar” tətbiq etməklə bağlı razılıq əldə edib.

Prezident Tramp razılığı çərşənbə günü Ağ Evdə Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker ilə birlikdə çıxış edərkən açıqlayıb.

“Biz ticarət baryerlərini azaldacağıq, xidmət sektoru, kimyəvi maddələr, əczaçılıq malları, tibbi ləvazimatlar və soya paxlalarının ticarətini artıracağıq. Soya paxlaları çox mühümdür. Avropa İttifaqı dərhal çox sayda soya paxlası almağa başlayacaq. Bu, çox böyük bazardır. Onlar bizim fermerlərdən çoxlu soya paxlaları alacaq”- deyə, Tramp bildirib.

Yunker deyir ki, o, ticarətlə bağlı gərginliyi azaltmaq üçün Trampla razılıq əldə edib.

Yunker həmçinin bildirib ki, danışıqlar davam etdiyi müddətdə Avropa İttifaqı polad və alüminiuma əlavə tariflər tətbiq etməyəcək, hazırkı tarifləri isə yenidən nəzərdən keçirəcək.

Yunker daha sonra müxbirlərə deyib ki, Tramp avtomobillər və avtomobil hissələrinə tarifləri artırmamağa razılaşmaqla “böyük güzəştə” gedib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG