Accessibility links

ABŞ NP Avropanı “Şimal axını-2” layihəsinin inşasından imtina etməyə çağırır


ABŞ-ın Nümayəndələr Palatası Avropa ölkələrini Rusiyadan Avropaya qaz nəqlini nəzərdə tutan “Şimal axını-2” layihəsinin inşasından imtina etməyə çağırıb.

Hər iki partiya nümayəndələrinin qəbul etdiyi qətnamədə deyilir ki, boru kəməri Avropanın energetika təhlükəsizliyi və ABŞ-ın maraqlarında geriyə doğru radikal bir addımdır.

Sənəddə Avropa ölkələrinin bu layihədən imtina etməsi çağırışı ilə yanaşı, ABŞ prezidentindən Avropanın energetika təhlükəsliyini dəstəkləməklə, bu ölkələrin Rusiyada asılılığını azaltması istənilir.

“Biz bütün tərəfləri layihəni tərk etməyə çağırırıq. Qaz kəməri Avropanın təhlükəsizliyi üçün geostrateji təhdiddir. Məhz bu səbəbdən ABŞ onun tikintisinin əleyhinədir. “Şimal axını-2” kommersiya layihəsi deyil, Rusiyanın Avropaya təzyiqi üçün siyasi alətidir” , bəyanatda deyilir.

“Şimal axını-2” Rusiyanın qaz nəhəngi “Qazprom” tərəfindən çəkilir. Boru kəməri Baltik dənizi vasitəsilə Almaniyaya çəkilir və bu layihə ilə Rusiya Avropanı qazla təmin etməlidir.

Boru kəmərinin istismarına 2019-cu ildə başlanmalıdır. Bu yolla Almaniyaya ildə 55 milyard kub metr qaz nəql edilməlidir. Bu isə Qazpromun ixracının dörddə bir hissəsindən çoxdur.

Tramp administrasiyası bu qaz kəmərinin maliyyələşdirilməsi və inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.

Almaniya kansleri Angela Merkel “Şimal axını-2” layihəsinin yalnız Rusiyanın qaz nəqlini Ukrayna ərazisindən kəsmədiyi təqdirdə qəbul ediləcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin Ukrayanadan qaz nəqlinin dayandırılmayacağına dair vədlərinə baxmayaraq, ekspertlər layihənin rellaşdırıldığı andan əvvəlki tranzit həcmindən danışmağın mümkün olmayacağını deyir.

XS
SM
MD
LG