Accessibility links

ABŞ Polşa və Baltikyanı ölkələrə desant qüvvələri göndərir


Birləşmiş Ştatlar Ukraynada gərginliyin artması ilə əlaqədar NATO müttəfiqləri qarşısında öhdəliklərinə əməl etdiyini nümayiş etdirərək Polşaya və Baltik ölkələrinə 600 nəfərdən ibarət desant qüvvəsi göndərir.

Pentaqonun sözçüsü kontr-admiral Con Körbi hazırda İtaliyada olan desant qüvvələrinin 160 üzvünün çərşənbə günü Polşaya yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, 450 desant isə Latviya, Estoniya və Litvada yerləşdiriləcək.

İkitərəfli təlimlərin bir ay sürəcəyi gözlənilir. Pentaqon sözsüçünün bildirdiyinə əsasən, il boyu sürəcək təlimlərdə iştirak etmək üçün yeni qüvvələr gətiriləcək.

Kontr-admiral Körbi quru qüvvələrin yerləşdirilməsinin təkcə simvolik bir addım olmadığını bildirib. O, Rusiyanı öz qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməyə və Ukraynanın suverenliyinə hörmət etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG