Accessibility links

ABŞ Azərbaycanı Cümhuriyyət günü münasibətilə təbrik edib


Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycanı Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə təbrik edib.

ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında Azərbaycanın Birləşmiş Ştatların dəyərli tərəfdaşı olduğu bildirilir, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərə sadiq qaldlğı ifadə edilir.

Pompeonun bəyanatında deyilir:

“Birləşmiş Ştatlar hökuməti və Amerika xalqı adından Azərbaycan hökuməti və onun xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

2018-ci il ilk müsəlman parlament respublikası olan və dünyada ilk ölkələrdən biri olaraq qadınlara səs vermək hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi tamam olur.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vaxtdan Birləşmiş Ştatların dəyərli tərəfdaşıdır. Biz uzunmüddətli əməkdaşlığı davam etdirməyi, təhlükəsizilk, enerji və demokratik idarəetmə ilə bağlı birgə işimizi dərinləşdirməyi və iki ölkə arasında əlaqələri gücləndirməyimizi səbirsizliklə gözləyirik.

Biz eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması işinə sadiq qalırıq və tərəfləri ən tez zamanda intensiv danışıqları bərpa etməyə çağırırıq.”

XS
SM
MD
LG