Accessibility links

ABŞ Azərbaycanın 100 ingilis dili müəllimi üçün təhsil proqramı elan edib


ABŞ-ın Azərbaycandakı Səfirliyi Şimali Karolina Dövlət Universiteti ilə tərəfdaşlıq edərək orta məktəb müəllimləri üçün yeni bir İngilis dili Sertifikatlaşdırma təhsil proqramı elan edib.

ABŞ Səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, proqrama sinxron onlayn öyrənmə, praktik tədris proqramları və şəxsi canlı məşqlər daxildir.

“Beləliklə, biliklərinizi təkmilləşdirməyə imkan verən bu unikal fürsətdən istifadə edərək Azərbaycanın ən yaxşı 100 İngilis dili müəlliminə qoşulmaq istəyirsinizsə, mütləq müraciət edin!” səfirlik qeyd edir.

Şimali Karolina Dövlət Universitetinin Xarici Dillər və Ədəbiyyat Departamenti bildirir ki, bu proqram ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən tam maliyyələşdirilir.

“Bu proqrama müraciət etmək və ya iştirak etmək üçün heç bir xərc yoxdur. Proqramın quruluşu və cədvəli, əyani təhsil və ya xarici təhsil almağa icazə verməyəcək ailələri və karyeraları olan işləyən İngilis/EFL müəllimləri üçün hazırlanıb,” məlumatda deyilir.

Təlimlər 2021-ci ilin yanvar-fevral aylarında təşkil ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG