Accessibility links

ABŞ Azərbaycanın gömrük postlarında rentgen aparatları quraşdırıb


ABŞ Azərbaycanın gömrük postlarında rentgen aparataları quraşdırıb

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Azərbaycan Gömrük Komitəsi ilə birgə keçirilən layihə çərçivəsində yük avtomobillərinin yoxlanılması üçün rentgen cihazlarının Azərbaycana çatdırılmasını təşkil edib.

Bu barədə ABŞ Səfirliyi facerbook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, bu cihazlar Biləsuvar və Astara gömrük postlarında və Ələt dəniz limanında Gömrük Komitəsinə qeyri-qanuni malların müəyyənləşdirilməsində yardım edəcək.

Ümumi layihənin dəyəri 36 milyon dollardır. Bu məbləğə cihazların alışı, quraşdırılması, çatdırılması və işçilərin bu cihazlardan istifadəsi üçün təlimlər daxildir.

“ABŞ tərəfindən Azərbaycana edilən bu ianə ABŞ-ın Azərbaycana öz sərhədlərini qorumaqda köməklik göstərməsində olan yüksək maraqdan xəbər verir”, səfirlik bildirir.

Lahiyə ABŞ Müdafiə Departmantenin “Building Partnership Capacity Program” proqramı çərçivəsində həyata keçirilib.

XS
SM
MD
LG