Accessibility links

ABŞ-Azərbaycan konvensiyası: Regional geo-siyasət, Amerikanın maraqları, demokratiya və insan hüquqları (VİDEO)


ABŞ-Azərbaycan konvensiyası
please wait

No media source currently available

0:00 0:06:32 0:00

ABŞ-Azərbaycan konvensiyası

Vaşinqtonda ABŞ-Azərbaycan konvensiyası bu il post-sovet məkanında Rusiyanın Ukraynaya müdaxiləsi ilə yeni geo-siyasi reallığın yarandığı bir fonda keçib. Müzakirələr zamanı enerji və regional təhlükəsizlik də daxil olmaqla, ABŞ-Azərbaycan əlaqələrinin mühüm aspektləri diqqət mərkəzində olub.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ikitərəfləi münasibətlərin mühüm və güclü olduğunu qeyd edərək, münasibətlərdə problemli məsələlərdən danışıb.

Riçard Morninqstar iki ölkə arasında enerji sahəsində əməkdaşlığın güclü olduğunu və bu əlaqələrin Ukrayna hadisələri fonunda əhəmiyyətinin daha da artdığını deyib, lakin o, demokratiya və insan haqlarının ikitərəfli münasibətlərdə ən çətin sahə olduğunu əlavə edib: “Azərbaycan tənqidi qəbul etmir. Onlar nə üçün tənqid olunduqlarını başa düşmür. Onlar çətin qonşuluqda yaşardıqlarını və sabitlik yaratmalı olduqlarını sübut etməyə çalışır. Onlar sübut edir ki, sonra 20 ildə bizi dəstəkləmək üçün çox iş görüblər və böyük uğur əldə ediblər. Bunlar doğrudur, lakin Birləşmiş Ştatlar inanır ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə daha böyük sabitliyə nail ola bilər.”

Azərbaycan parlamentinin üzvü Asim Mollazadə demokratiyanın ikitərəfli münasibətlərdə önəm daşıdığını bildirib, lakin onun sözlərinə görə, demokratiya mövzusu ABŞ-Azərbaycan münasibətlərində siyasi məqsədlərlə istifadə edilir:“Demokratiynın inkişafı Azərbayxan xalqının marağında olan məsələdir. Ölkəmizdə bir sıra sahələrdə islahatların genişlənməsi, demokratiyanın güclənməsi, buraya təbii ki söz azadlığı, siyasi azadlıqlar daxildir, bu, bizim üçün çox önəmli məsələdir. Bununla yanaşı, bugünkü müzakirələrdə də xüsusi vurğulandı ki, Azərbaycanı istəməyən qüvvələr demokratiya mövzusunu Azərbaycanın Qərblə münasibətlərinin pozulmağı ilə istifadə edir. Məsələn, siai məhbuslar siyahısında Azəbaycanda Amerika səfirini öldürmək istəyən şəxslərin də adı var. Bu, özü-özlüyündə müəyyən qədər onu göstərir ki, artıq tək demokratiyanı müdafiə edən ölkələr yox, demokratiya mövzusundan ölkələr arasında münasibətlərdə istifadə edən qurumlar da var. Bu da təbii olaraq bizi narahat edir. Hərdən elə olur ki,Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycanın ərazisini işğal edən bir ölkəyə qarşı sanksiyalar müzakirə olunmur, BMT-nin qətnamələri müzakirə olunmur, amma erməni icmasıın fəaliyyəti nəticəsində Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunur. Sual yaranır ki, Ermənistanda prezident seçkilərində Azərbaycan-Ermənistan birliyindən danışan Paruyur Ayrikyana güllə atılıb. Söhbət demokratiynın müdafiəsindən gedirsə, bu cür məsələlər nə üçün Vaşinqtonda diqqətdən yayınır? Nə üçün Azərbauycan və Gürcüstan Amerikanın ən əsas müttəfiqləri olduğu halda ən böyük dəstək Ermənistana gedir? Bu məsələlər də çox açıq ifadə olundu ki, əgər Azərbaycana qarşı 907-ci düzəliş hələ tam ləğv olmayıb, amma Rusiyanın hərbi bazalarına malik olan və Amerikanın maraqlarına zidd siyasəy aparan Emənistana Amerika Birləşmiş Ştatlarından dəstək gəlir. Xatırlatmaq istəyirəm ki, Ukraynaya müdaxilədən öncə Ukraynada demokratiya məsələsi Avropada çox ciddi müzakirə olunurdu, Ukraynanın Avropa ilə assosiativ sazişinin imzalanmasının səbəblərindən biri kimi istifadə olunurdu.

Vaşinqtondakı Heritage fondunun eksperti Ariyel Kohen soyuq müharibədən sonra yaranmış yeni geo-siyasi durumda ABŞ-ın regionda müttəfiqləri ilə münasibətlərində yeni dövrün başlandığını deyib: “Biz indi yeni bir şəraitin başlanğıcındayıq. Regionun geo-siyastində dəyişiklik baş verir. Rusiya Birləşmiş Ştatlarla tərəfdaşı ölkədən ona rəqib bir ölkəyə, özü də soyuq müharibədən dövründən fərqli bir rəqibə çevrilir. Soyuq müharibə dövrü qlobal qarşıdurma mövcud idi, indi bu, Şərqi Avropada baş verir. Cənubi Qafqaz da təbii ki bu qarşıdurma və rəqabətə səhnə olur. Bunu demək çox ağırdır, amma Birləşmiş Ştatlar bir də yenidən kimin dost olduğu məsələsi üzərində düşünməlidir. Azərbaycan dost ölkədir, Azərbaycan təkcə bizim Avropadakı dostlarımız və müttəfiqlərimizin enerji təhlükəsizliyinin təmin edilməsi deyil, şimalda Rusiya, cənubda İran və şərqdə Mərkəzi Asiya kimi regionun geo-siyasətində mühüm rol oynayır.”

Ekspertin sözlərinə görə Amerika demokratiya ilə bağlı mesajlarını hər bir ölkə üçün ayrılıqda müəyyən edir:“ABŞ-ın insan hüquqları və demokratiyaya dair dəfələrlə təkrar etdiyi tövsiyələrinə gəldikdə, bəli, bu, Birləşmiş Ştatların xarici siyasətinin mühüm hissəsidir, ABŞ cəmiyyətinin əsas tərkib hissələrindən biridir. Biz hər zaman bütün dünyada demokratiyanın inkişafını dəstəkləmişik, lakin eyni zamanda, biz mesajlarmızı diqqətlə nəzərdən keçiririk. Biz indi İranla yaxınlaşma siyasəti yürüdürük, ABŞ üçün əsas məsələlər nüvə proqramı və təhlükəsizlik məsələləridir, biz iranlılarla demokratiya məsələsini müzakirə etmirik. Bizim bu yaxınlarda prezident Obamanın səfər etdiyi Səudiyyə Ərəbistanında müttəfiqlərimizlə prioritet məsələlər hər zaman təhlükəsizlk və Əl-Qaidəyə qarşı mübarizə və Səudiyyə Ərəbistanın dünyanın başçlıca neft ixracatçısı kimi rolu olub. Beləliklə də ABŞ mesajını ölçüb-biçir. Bəzi hallarda ABŞ demokratiya məsələsini vurğulayır, başqa hallarda isə susur. Azərbaycan başa düşməlidir ki amerikalılar haradan gəlib. Nə üçün bu, Birləşmiş Ştatlar üçün mühümdür. Eyni zamanda, Azərbaycan ABŞ-dakı dostlara siyasi fəaliyyət və terrorizmlə mübarizə arasında, bəzi hallarda isə İran tərəfindən maliyyəlşdirilən məsciddə ekstremizm halları arasında fərqi baş salmalıdır. İran tərəfdarı qüvvələr, sələfilər var və ABŞ başa düşməlidir ki, bəzi hallarda bu, dini təqib deyil, ABŞ-ın alqışlamalı olduğu əks-terror əməliyyatıdır.”

Mərkəzi Asiya və Qafqaz institunda tədqiqatçı-alim Svante Kornell ABŞ-ın Ukrayna hadisələrindən sonra regiona daha çox diqqət verəcəyini gözlədiyini deyib. Onun sözlərinə görə, demokratiya və insan hüquqları ABŞ üçün hər zaman önəmli olub və Ukraynada baş verənlər sabitliyin vacibliyini bir daha göstərir.

Svante Kornell qeyd edib ki, Vaşinqton regionda qısamüddətli həll yolları axtarmır və uzun müddət üçün prioritet maraqların təmin olunmasına çalışır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG