Accessibility links

ABŞ Azərbaycan və Ermənistanı ATƏT-in Minsk Qrupu ilə fəaliyyəti bərpa etməyə çağırır


ABŞ dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqələri bərpa etməyə çağırıb. Pompeo Birləşmiş Ştatların münaqişənin təsirinə məruz qalan insanlara yardım ayırdığını elan edib. ABŞ dövlət katibi bu haqda Twitter sosial şəbəkəsində bildirib.

“Humanitar fəlakət baş verdikdə ABŞ buna cavab verilməsində dünyaya liderlik edir. Bu gün biz Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalan insanlara yardım elan etdik. Biz Ermənistanı və Azərbaycanı davamlı həllə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri ilə qarşılıqlı əlaqələri bərpa etməyə çağırırıq”, Pompeo tvitində bildirib.

ABŞ dövlət katibi Pompeo bundan öncə Fransaya səfəri zamanı Le Figaro qəzetinə müsahibəsində Birləşmiş Ştatlar administrasiyası və Avropanın Türkiyənin Yaxın Şərqdə son bir neçə ayda fəaliyyətlərinin ünvanlanması üçün birğə işləməli olduğu haqda açıqlamalar verib.

“Fransa prezidenti Emmanuel Makron və mən Türkiyənin son hərəkətlərinin çox aqressiv olduğu ilə razılaşdıq" - deyə, Pompeo Türkiyənin Ermənistanla Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyi, habelə Liviya və Aralıq dənizindəki hərbi addımlarına işarə edərək bildirib.

“Avropa və ABŞ Ərdoğanı belə hərəkətlərin Türkiyə xalqının marağında olmadığına inandırmaq üçün birgə işləməlidir”, Pompeo əlavə edib.

Pompeo Türkiyənin hərbi potensialından daha aktiv istifadə etməsinin narahatlıq doğurduğunu deyib, lakin NATO üzvü olan Türkiyənin alyansda qalıb-qalmamalı olması haqda bir söz deməyib.

ABŞ dövlət katibi Mayk Pompeo Avropa və Yaxın Şərq ölkələrinə 10 günlük səfərdədir.

XS
SM
MD
LG