Accessibility links

ABŞ Azərbaycana COVID-19 ilə bağlı əlavə $1,47 milyon yardım ayırıb


ABŞ hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVİD-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan hökümətinə məsləhət xidmətləri, kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə texniki yardım göstərmək üçün USAID-in Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaq.

Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 000 ABŞ dolları pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida, tibbi və sosial xidmətlərdən istifadə üçün xərclənəcək.

Biz Azərbaycan xalqının bilməsini istəyirik ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər biz onların yanında olacağıq.
Li Litzenberger, ABŞ səfiri

“COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir. Biz Azərbaycan xalqının bilməsini istəyirik ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər biz onların yanında olacağıq,” ABŞ səfiri Li Litzenberger qeyd edib.

Amerika Birləşmiş Ştatları COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırıb. Bu vəsait ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasına kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılıb. Birləşmiş Ştatlar Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.

COVID-19 virusunun yayılmasından bu yana ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə 20,5 milyard dollar yardım edib.

XS
SM
MD
LG