ABŞ-ın Avropa Komandanlığı və USAlD COVlD-19 virusu ilə mübarizə səylərini dəstəkləmək üçün zəruri avadanlığı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Biz ABŞ-ın Avropadakı Komandanlığı ilə tərəfdaşlıq edərək ölkədə COVID-19 ilə mübarizəyə dəstək göstərmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna mühüm avadanlıqlar çatdırdıq. Avropa və Yaxın Şərqdə yeni bazarlara ixrac etmək üçün zəruri qida təhlükəsizliyi və keyfiyyət standartlarını əldə etmək üçün fermerlərə, aqrar müəssisələrə və ixracatçılara dəstək göstərmək məqsədilə USAID Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə davamlı tərəfdaşlıq edir,” ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAİD) Azərbaycandakı ofisi (USAID/Azerbaijan) bildirir.
Məlumatda avadanlıq barədə konkret məlumat verilmir.