Accessibility links

ABŞ baş prokurorunun müavini mart ayında vəzifəsindən gedəcək


Prezident Donald Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün xüsusi prokuroru təyin edən baş prokurorun müavini Rod Rozenşteynin mart ayının ortalarında vəzifəsini tərk edəcəyi gözlənilir.

Ədliyyə nazirliyinin rəsmisi Rozenşteynin vəzifəsini tərk etməsinin onun Trampla görüşlərdə səsyazı qurğusundan istifadə edilməsi və ABŞ Konstitusiyasına 25-ci düzəlişdən Trampı vəzifəsindən uzaqlaşdırmaq üçün istifadə edilməsini nəzərdən keçirdiyinə dair yeni iddialarla əlaqəli olmadığını bildirib.

Rozenşteynin yeni baş prokuror Uilyam Barrın vəzifəyə gəlməsindən qısa bir müddət sonra gedecəyi gözlənilirdi. Uilyam Barr ötən həftə Senat tərəfindən bu vəzifəyə təsdiq edilib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG