Accessibility links

ABŞ Bakıda kütləvi qırğın silahlarına qarşı mübarizə çərçivəsində seminar və təlimlər keçirib


ABŞ Bakıda kütləvi qırğın silahlarına qarşı mübarizə çərçivısində seminar keçirib
ABŞ Bakıda kütləvi qırğın silahlarına qarşı mübarizə çərçivısində seminar keçirib

Bu il sentyabrın 7-dən 9-dək Amerika Birləşmiş Ştatlarının Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) Bakıda bir sıra görüş və təlimlər keçirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, TAMA Fövqəladə Hallar Nazirliyi ilə birlikdə kütləvi qırğın silahlarının qarşısının alınması üzrə birgə əməkdaşlıq proqramı, qırğın silahlarına qarşı mübarizə kursu üzərində çalışıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, seminar “Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə Birgə Təhlükəsiz Əməkdaşlıq Proqramı” çərçivəsində təşkil edilib.

ABŞ Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin baş analitiki Robert Kvinn bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) sahəsində təcrübə mübadiləsinin aparılması və biliklərin artırılmasıdır.

Nazirlik bildirir ki, seminar zamanı iştirakçılar müvafiq təqdimatları izləyib, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və fəsadlarının idarə olunmasına dair təlim və müzakirələrə cəlb olunub.

XS
SM
MD
LG