Accessibility links

Bayden G-20 və COP26 sammitlərində iştirak etmək üçün Avropaya yola düşür


ABŞ prezidenti Co Bayden Amerikanın təlatümlü diplomatiyasını nümayış etdirmək üçün cümə axşamı Avropaya səfərə çıxır. O, dünyanın ən zəngin dövlətlərinin iştirak etdiyi böyük sammitə qatılacaq.

Bayden oktyabrın 30-31-də keçiriləcək Böyük İyirmiliyin (G-20) sammitində iştirak etmək üçün Romaya səfər edəcək. Bu sammitdə dünyanın ən zəngin dövlətlərinin liderləri pandemiya, iqlim dəyişikliyi və qlobal iqtisadiyyatın bərpası məsələləri müzakirə edəcək.

Bayden noyabrın 1-də Şotlandiyadanın Qlazqo şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə ikigünlük COP26 konfransında iştirak edəcək. Lakin konfransdan əvvəl o, özünün sadiq olduğu Katolik Kilsəsinin rəhbəri Roma Papası Fransislə görüşəcək.

Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu həftə jurnalistlərə deyib ki, Çin Prezidenti Si Tsinpin və Rusiya Prezidenti Vladimir Putin iki sammitdən heç birinə şəxsən qatılmadığı üçün iclaslara Bayden liderlik edəcək.

"ABŞ və Avropa orada olacaq və onlar həm G-20, həm də COP26-da gündəmi enerjili və birlik olaraq idarə edəcək" - deyə, Sallivan bildirib.

ABŞın Əfqanıstandan çıxması və Avstraliya, Britaniya və Amerikanın əldə etdiyi AUKUS sazişi ilə bağlı Parislə aralarındakı gərginliyə görə Prezidentin səfəri yüngül keçməyəcək.

AUKUS müqaviləsi ilə əlaqədar gərginlik ABŞ Prezidenti Co Baydenn administrasiyasının 15 sentyabrda Avstraliya və İngiltərə ilə yeni bir təhlükəsizlik paktı əldə etməsindən sonra yaranıb. Anlaşmaya əsasən, Avstraliya Amerika texnologiyasından istifadə edərək və ən azı səkkiz nüvə enerjili sualtı gəmisi alacaq.

Müqavilə Avstraliyanın Fransa ilə dizel elektrikli sualtı qayıqlar üçün daha əvvəl bağladığı müqaviləni ləğv etməsindən sonra Parisin qəzəbinə səbəb olub.

Bunlar Bayden və digər liderlərin görüş zamanı müzakirə edəcəkləri əsas məsələlərdən bəziləridir.

XS
SM
MD
LG