Accessibility links

Cənubi Koreya prezidenti Ağ Evdə Baydenlə görüşəcək


Cənubi Koreya prezidenti Mun Jey İn ABŞ prezidenti Co Baydenlə mayın 21-də Ağ Evdə üz-üzə görüşən ikinci dünya lideri olacaq. Bu, onun ABŞ-a son səfəri və hakimiyyət müddəti başa çatmazdan əvvəl vəd etdiyi kampaniyasına əməl etmək üçün son şansı ola bilər.

Ağ Evin mətbuat katibi Cen Psakinin dediyinə görə, iki lider arasında görüş Bayden administrasiyasının Şimali Koreyanın siyasətini nəzərdən keçirməyi yekunlaşdırmasından bir neçə həftə sonra keçiriləcək. Psaki bunun əvvəlki administrasiyaların siyasətindən uzaqlaşmaya bir siqnal olduğunu və daha praktiki yanaşma tərzinə üstünlük verildiyini deyib.

Vaşqintonda yerləşən Vilson Mərkəzinin Koreya proqramının direktoru Jan Li deyib ki, ritorikadakı bu dəyişiklik - Obamanın dövründəki strateji səbrdən və cəlbedici müqavilələrdən çəkinməsi Mun və Baydenə danışıqlara getməyə hazırlaşarkən "sakitlik hissi" verib.

"Alovlandırıcı ritorikalar Şimali Koreyaya testlər keçirməsinə bəraət qazandırır və arsenalını gücləndirməsinə yol açır" - deyə Li bildirib.

Mayın 17-də hakimiyyətinin 4 illiyini qeyd edərkən milli televiziya ilə çıxışı zamanı Mun zaman məhdudiyyəti qoyulmayan yanaşma tərzini alqışlayıb.

Liderlərin görüşü zamanı Şimali Koreya gündəmdə əsas məsələlərdən biri olacaq.

Ekspertlərin fikrincə hər iki liderin Koreya yarımadasının nüvəsizləşdirilməsi vədləri və Baydenin məsələyə tədrici münasibəti vəzifə müddətinə bir ildən az qalan Munu sülh rejimi əldə edilməsində məyus edə bilər.

XS
SM
MD
LG