Accessibility links

Bayden Demokratiya sammitinin açılışını edib


ABŞ prezidenti Co Bayden “Demokratik yenilənmə üçün gündəmi müəyyən etmək və bu gün demokratiyaların üzləşdiyi ən böyük təhlükələri kollektiv fəaliyyət yolu ilə həll etmək” üçün dünya liderlərini, vətəndaş cəmiyyətləri və özəl sektoru bir araya gətirən virtual Demokratiya sammitini açıb.

“Demokratiyaya müdafiəçilər lazımdır və mən də bu sammitə ev sahibliyi etmək istədim. Biz burada, Birləşmiş Ştatlarda hamıdan yaxşı bilirik ki, demokratiyamızı yeniləmək və demokratik təsisatlarımızı gücləndirmək daimi səy tələb edir” - deyə, Bayden açılış nitqində bildirib.

Cümə günü davam edəcək sammit avtokrat hökumətlərin yüksəlişdə olduğu bir vaxt Baydenin kampaniyasında verdiyi bütün dünyada demokratiyanı gücləndirmək vədinin bir hissəsidir. Canlı sammit təxminən bir ildən sonraya planlaşdırılıb. Lakin administrasiyanın yüksək səviyyəli rəsmisinin Amerikanın Səsinə dediyinə görə, sammitin Bayden administrasiyasından sonra davam etməsi gözlənilmir.

Sammitin məqsədi Demokratiyanı gücləndirmək, avtoritarizmdən müdafiəni, korrupsiya ilə mübarizəni və insan haqlarını təşviq etməkdir.

Bayden administrasiyasının bildirdiyinə görə, liderlər bu məqsədlərə uyğun olaraq "daxili islahatlar üçün xüsusi addımlar atmağa və öhdəliklər almağa" təşviq ediləcək.
İştirakçılardan neçəsinin vədlərini yerinə yetirəcəkləri məlum deyil.

Administrasiya nümayəndələri vurğulayırlar ki, dekabrda keçirilən bu tədbir demokratiyaya dair daha uzunmüddətli müzakirələrin başlanğıcıdır və ikinci sammitə dəvət almaq üçün ölkələrin vəd etdiyi islahatları həyata keçirməsi zəruri olacaq.

“Politico”nun dərc etdiyi ilkin siyahı göstərib ki, sammitdə yetkin demokratik ölkələr, məsələn, Fransa və İsveç, Filippin və Polşa liderləri iştirak edəcək.

ABŞ-ın bəzi Asiya müttəfiqləri - Yaponiya və Cənubi Koreya da sammitə dəvət edilib. Tailand və Vyetnam isə dəvət olunmayıb.

Yaxın Şərq kifayət qədər təvazökarlıqla təmsil olunur. Dəvət edilən azsaylı ölkələr arasında İsrail və İraq da var. ABŞ-ın Misir və Türkiyə kimi mühüm müttəfiqləri dəvət almayanlar arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG