Accessibility links

Co Bayden tornadolar səbəbindən azı 74 nəfərin öldüyü Kentukki ştatına gedir


ABŞ prezidenti Co Bayden azı 74 nəfərin ölümünə səbəb olan tornadoların vurduğu ziyanı dəyərləndirmək üçün çərşənbə günü Kentukki ştatına səfər edir.

Baydenin cümə günü gecə və şənbə günü səhər baş verən fəlakət haqqında məlumat alması üçün tornadoların təsirinə məruz qoyduğu iki şəhəri - Meyfild və Davson Sprinqsi ziyarət etməsi planlaşdırılır.

Kentukki qubernatoru Endi Beşar çərşənbə axşamı ştatda əksəriyyəti 3000-dən az əhalisi olan Davson Sprinqs şəhərində olmaqla, 100-dən çox adamın itkin düşdüyünü bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı jurnalistlərə deyib ki, Bayden “baş verənləri insanlardan birbaşa eşitmək və onlara dəstəyini birbaşa göstərmək istəyir”.

Psaki "onun sabah insanlara birbaşa və aydın şəkildə verəcəyi mesaj budur: "Biz yardım etmək üçün buradayıq, biz yenidən qurmaq istəyirik, sizin tərəfinizdə olacağıq və sizin liderlərinizə məhz bunu etməyə yardım edəcəyik".

Beş ştatda baş verən 30-dan çox tornadodan sonra Bayden Kentukki, qonşu Tennissi və İllinoys ştatlarında federal fəlakət bəyannamələrini təsdiqləyib. Ümumilikdə tornadolar nəticəsində azı 88 nəfər ölüb.

Prezident ştat qubernatorlarına mesajında federal hökumətin onlara "ehtiyac duyulan hər şeyi" əldə etməyə kömək edəcəyini bildirib.

"Biz lazım olan müddətdə orada olacağıq" - deyə, Bayden əlavə edib.

Kentukki qubernatoru Beşar ştatın tornado qurbanları üçün yaratdığı yardım fonduna 6 milyon dollar ianə keçirildiyini bildirib.

Şimali Amerikada dekabr ayı üçün bu cür güclü tornadolar qeyri-adi haldır. Meteoroloqlar deyirlər ki, bu fırtınaları Meksika körfəzində rekord isti hava şəraiti və suyun temperaturu gücləndirib.

XS
SM
MD
LG