Accessibility links

Senatorlar Bayden administrasiyası ilə yeni yardım paketini müzakirə edib


ABŞ-ın bir qrup senatoru bazar günü prezidentin 1,9 trilyon dollarlıq koronavirus pandemiyası ilə mübarizə təklifi ilə bağlı Bayden administrasiyasının rəsmiləri ilə danışıqlar aparıb və keçmiş prezident Donald Trampın impiçment prosesi başlamazdan əvvəl bu qanunun qəbul ediləcəyinə ümid etdiklərini bildirib.

Həm Demokrat, həm də Respublikaçı qruplardan olan millət vəkilləri hazırda prioritetin COVID-19 peyvəndi və sınaq səylərini sürətləndirmək olduğunu deyib

Bəzi Respublikaçılar bir ay əvvəl Konqresin 900 milyard dollarlıq yardım paketini təsdiqləməsindən sonra belə bir böyük xərcə ehtiyac olduğunu şübhə altına alıb.

Daha əvvəlki yardımlar amerikalılara ödəniləcək məbləğlə bağlı narazılıqlardan sonra əldə edilmişdi. Yekun razılığa əsasən gəlirdən asılı olaraq azaldılmaqla adambşına 600 dollar ödənilib.

Son təklifdə adambaşına 1400 dollar ödəmə nəzərdə tutulur. Bazar günü aparılan danışıqlarda buna qarşı olanlar bu məbləğın ən çox yardıma ehtiyacı olanlara yönəldilməli olduğunu deyib.

Bayden prezidentlik vəzifəsinə başlamasının ilk aylarında prioriteti pandemiya ilə mübarizəyə verib.

Hazırda ABŞ-da COVID-19-dan 419 mindən çox ölüm, 25 milyondan çox yoluxma qeydə alınıb.

Senat Donaıd Trampın impiçment prosesinə fevralın 8-də başlayacaq.

XS
SM
MD
LG