Accessibility links

ABŞ-da Xatirə Günüdür


ABŞ Prezidenti Co Bayden ölkənin ali komandanı olaraq, vəzifəsinə başlamasından bəri ilk dəfə Xatirə Günü ərəfəsində müharibə qurbanlarının xatirəsini anıb.

"Azadlığımız üçün canlarından keçənlərin xatırlamalıyıq. Biz onlara, onların geridə qalan ailələrinə borcumuzu xatırlamalıyıq. Dərin kədər hissi keçirirəm” - deyə, Bayden Delaver Memorial Körpüsü yaxınlığındakı Memorial Meydanını ziyarət edərkən bildirib.

Bayden 2015-ci ildə xərçəng xəstəliyindən vəfat etməzdən əvvəl İraqda qulluq edən Delaver Ordusu Milli Qvardiyasında mayor rütbəsindəki oğlu Bonun ölümünün altıncı ildönümündə danışıb.

Bayden "İtkinin nə qədər ağr olduğunu bilirəm. Qəlbinizin ortasındakı qara dəliyin necə dərin olduğunu bilirəm” deyib.

"[Bo] burada olsaydı, o da burada ölkəmiz üçün canlarından keçənlərə ehtiramını bildirərdi" - deyə, Bayden əlavə edib.

"Və mən sizə gün gələcək söz verirəm, oğlunuz və ya qızınızın, ərinizin və ya arvadınızın adı çəkildiyində gözünüzə yaş deyil, dodaqlarınızada təbəssüm yaranacaq. Ümid edirəm ki, o gün tezliklə gələcək" - deyib Bayden.

"Amerikanı birləşdirən onun inamıdır. Bu, qarşımızda gedən və arxamızda olan uzun bir vətənpərvərlər zənciridir. Bu inam insanları xidmətə ruhlandıran idealdır. Əzizlərimizin uniformada gördükdə bizi qürur hissi bürüyür”.

Xatirə günü - hərbi xidmətdə olarkən həlak olan hərbçilərin anım günü 1868-ci ildən bəri hər il may ayının son bazar ertəsi keçirilir.

XS
SM
MD
LG