Accessibility links

ABŞ Belarusa səhayət qadağası qərarını yekunlaşdırıb


Nəqliyyat Nazirliyi çərşənbə axşamı ABŞ və Belarus arasında səyahətlərin bir çoxuna məhdutiyyətlər tətbiq edən qərar çıxarıb. Bu isə Vaşinqtonun Belarusun müxalif jurnalisti həbs etmək üçün təyyarəni məcburi endirməsindən narhatlığını ifadə edir.

Dövlət Departamentinin tələb etdiyi qərara əsasən humanitar və ya milli təhlükəsizlik səbəbləri istisna olmaqla, aviaşirkətlərin iki ölkə arasında səyahət üçün bilet satmasına qadağa qoyulub.

Nəqliyyat Nazirliyi qadağanı keçən həftə təklif edib və çərşənbə axşamı buna etiraz olmadığını bildirib.

ABŞ və Belarus arasında birbaşa sərnişin uçuşları yoxdur.

May ayında Belarus rəsmiləri Afinadan Vilnüsə uçan Ryanair təyyarəsinə Minskə təcili eniş əmri verib. Rəsmilər təyyarənin sərnişinlərindən Raman Prataseviç və sevgilisini həbs edib. İndi Prataseviçi 15 il həbs cəzası gözləyir.

Prezident Co Bayden bu hadisəni "çirkin insident" adlandırıb və beynəlxalq ictimaiyətlə beynəlxalq istintaq aparılmasına çağırış edib.

XS
SM
MD
LG