Accessibility links

ABŞ Benqazidə həbs olunan şəxsin əlavə hücumlar planlaşdırdığını bildirir


Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına Liviyanın Benqazi şəhərində 2012-ci ildə ABŞ səfirliyinə hücumda təqsirləndirilən liderin daha çox amerikalıya hücum planlaşdırdığını bildirib.

BMT-nin ABŞ nümayəndəsi Samanta Pover bildirib ki, Əhməd Əbu Xatallahın bazar günü Benqazi şəhəri yaxınlığında həbs olunması, onun daha çox hücumlar həyata keçirməsinin qaşısını alıb və bu addım Birləşmiş Ştatların özünü müdafiə haqqıdır.

Liviya hökuməti və Benqazi şəhərinin bəzi sakinləri Xatallahın həbsinin ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.

Xatallahın səfir Kristofor Stivens də daxil olmaqla, dörd amerikalının öldürülməsində ittiham edilir.

Əbu Xatallah Amerika rəsmiləri tərəfindən Aralıq dənizində olan hərbi gəmidə dindirilib.

Rəsmilər onun ABŞ-a nə zaman gətiriləcəyi və terrorizm ittihamları ilə üzləşəcəyi haqda məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG