Bayden administrasiyası 15 aylıq pandemiya məhdudiyyətlərindən sonra Kanada, Meksika, Avropa İttifaqı və Birləşmiş Krallığa səyahətlərin etibarlı şəkildə yenidən başlayacağını müəyyənləşdirmək üçün ekspertlərdən ibarət işçi qrupları qurur. Ağ Evin bir rəsmisi çərşənbə axşamı bu barədə məlumat verib.
Digər bir hökümət rəsmisi isə administrasiyanın ABŞ-a giriş qadağalarını ləğv etmək üçün tələsməyəcəyini bildirib. Buna səbəb isə qrupların işlərinin görməsinin vaxt tələb etməsidir.
Rəsmi həmçinin bildirib ki, artıq Ağ Ev aviaşirkətlərə və səyahət şirkətlətinə işçi qrupları haqqında məlumat göndərib.
"Biz səyahətləri bu gün bərpa etməyi planlamırıq. Lakin işçi qruplarının əsas tərəfdaşlarımızla beynəlxalq səyahətləri yenidən açmağı hədəfləyən kollektiv təcrübəmizdən istifadə edərək irəlilyə doğru addımlamaqda bizə kömək edəcyinə ümid edirik" - deyə, Ağ Ev rəsmisi bildirib. O həmçinin əlavə edib ki, hər hansı bir qərarın verilməsi üçün ictimai sağlamlıq və tibb mütəxəssislərinin obyektiv təhlili və tövsiyələri rəhbər tutulacaq.
Qruplara Ağ Evin COVID-19-la Mübarizə İşçi Qrupu və Milli Təhlükəsizlik Şurası rəhbərliyi altında Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) və ABŞ-ın digər agentlikləri daxil olacaq.
Digər tərəfdən CDC çərşənbə axşamı Kanada, Meksika, Yaponiya, Cənubi Afrika və İran da daxil olmaqla, 110 ölkə və bölgəyə səyahət tövsiyələrini azaltdığını, lakin COVID-19 səyahət məhdudiyyətlərinin ləğvindən imtina etdiyini bildirib.
Hazırda Bayden administrasiyası Kanada ilə sərhəddəki ABŞ icmalarının sərhəd məhdutiyyətləri səbəbindən iqtisadi çətinliklərlə üzləşdiyini deyən bəzi qanunvericilərin təziqləri ilə qarşı-qarşıyadır.
Digər tərəfdən administrasiya Birləşmiş Krallıq, İrlandiya, Çin, 26 Şengen ölkəsi, Hindistan, Cənubi Afrika, İran və Braziliyada olmuş qeyri-amerika vətəndaşlarına ABŞ-a daxil olmağa mane olan qadağaların ləğv olunması üçün aviaşirkətlərin də təzyiqi altındadır.
Hazırda ABŞ beynəlxaql səyahətlərdan başqa Meksika və Kanada ilə quru sərhədlərində də vacib olmayan səyahətlərə də qadağa tətbiq edib.