Accessibility links

ABŞ: Körfəz ölkələri İsraillə ilk dəfə birgə hərbi dəniz təlimləri keçir


USS Portland
USS Portland

ABŞ Hərbi Dəniz Qüvvələrinin cümə axşamı bildirdiyinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn yəhudi dövləti ilə əlaqələri normallaşdırdıqdan bir il sonra İsraillə ilk dəfə birgə hərbi dəniz təlimləri keçirir.

Bəyanatda deyilir ki, Süveyş kanalı vasitəsilə Aralıq dənizi ilə birləşən Qırmızı dənizdə beş günlük manevrlər "təlimlərdə iştirak edən qüvvələr arasında qarşılıqlı əlaqəni gücləndirmək" məqsədi daşıyır.

“ABŞ qüvvələrinin regional tərəfdaşları ilə birgə dəniz təhlükəsizliyi imkanlarını artırmaq üçün keçirdiyi təlimləri görmək həyəcanvericidir” - deyə, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının (NAVCENT)vitse-admiralı Bred Kuper bildirib.

Kuper “Dəniz əməkdaşlığı regional təhlükəsizlik və sabitlik üçün vacib olan naviqasiya azadlığı və ticarətin sərbəst axınının qorunmasına yardım edir” deyib.

Çərşənbə günü başlayan təlimlərə hərbi nəqliyyat vasitəsi olan USS-Portland gəmisinin sahilə yan alma, axtarış və ələ keçirmə təlimləri də daxildir.

Bu, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin keçən ilin sentyabrında diplomatik əlaqələr qurmasından sonra İsraillə açıq şəkildə etdiyi ilk hərbi əməkdaşlığıdır.

Mərakeş və Sudanın da iştirak etdiyi əlaqələrin normallaşdırılması sazişi on illərdir davam edən Fələstin münaqişəsi həll olunmadan diplomatik əlaqələr yaranmayacağına dair ərəb konsensusunu pozub.

İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ABŞ əvvəllər regionda gəmilərə hücumlar təşkil etməkdə ittiham edilən İranla bağlı narahatlıqlarını bölüşür.

Qırmızı dəniz Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən bəri hökumət qüvvələri ilə birlikdə İranın dəstəklədiyi üsyançılara qarşı döyüşdüyü Yəmənlə həmsərhəddir.

XS
SM
MD
LG