Accessibility links

ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maddi yardımı kəsəndən sonra idarə bir çox problemlə üzləşəcək [Video]


ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maddi yardımı kəsəndən sonra idarə bir çox problemlə üzləşəcək
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Birləşmiş Ştatlar BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə maddi yardımı kəsdiyini elan edəndən sonra fələstinli qaçqınlar gələcəklərindən narahatdır. Tramp administrasiyası qurumu problemləri həll etmədən onların yardımından faydalanan insanların sayını artırmaqda günahlandırır. İdarə isə qaçqın böhranını uzatdığına dair ittihamları rədd edir və İsrail-Fələstin probleminə dinc həll yolu tapa bilmədiklərinə görə beynəxalq ictimaiyyəti qınayır.

Hər gün təşkilat sayəsində təhsil alan 526 min uşaq, ərzaq çatışmazlığı ilə üzləşən 1,7 milyon insan ki, onların bir milyonu Qəzzada yaşayır, tibbi yardım üçün bizim sağlamlıq klinikalarımıza gələn 3,5 milyon insan – bu təəsüf doğuran qərarın nəticəsində bu insanlar zülm çəkəcək
Kris Qannes

İordaniya paxtaxtı Əmman yaxınlığında Baqaa düşərgəsində 100 mindən çox qaçqın yaşayır. Onların bəziləri düşərgə 1968-ci ildə açılandan bəri buradadır, bir çoxları isə hətta burada dünyaya gəlib.

“Burada, düşərgədə çox sayda insan yaşayır, onlar hara gedəcək, necə yaşayacaq, nə yeyəcəklər, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyin məktəbləri olmadan harada təhsil alacaqlar?” - deyə, fələstinli qaçqın Zeynəb Əl-Ərdaba gileylənir.

Baqaa BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin İordaniya, Livan və Yaxın Şərqin bir çox yerində saldığı çox sayda qaçqın düşərgələrindən biridir. ABŞ-ın dəstəyi agentliyə maddi yardımın üçdə birini təşkil edir. Bu yardımın kəsilməsi onsuz da maddi çətinlik çəkən təşkilatın işini bir az da çətinləşdirir.

“Hər gün təşkilat sayəsində təhsil alan 526 min uşaq, ərzaq çatışmazlığı ilə üzləşən 1,7 milyon insan ki, onların bir milyonu Qəzzada yaşayır, tibbi yardım üçün bizim sağlamlıq klinikalarımıza gələn 3,5 milyon insan – bu təəsüf doğuran qərarın nəticəsində bu insanlar zülm çəkəcək” - deyə, qurumun sözçüsü Kris Qannes bildirib.

Tramp administrasiyası bazar günü təşkilata maddi yardımını kəsib və buna səbəb olaraq qurumun effektiv olmamasını göstərib.

Bazar günü İsrailin baş naziri Benyamin Netanyahu isə bu qərarı alqışlayıb.

“Birləşmiş Ştatlar qaçqınları ədəbiləşdirən agentliyə maddi yardımı kəsməklə çox vacib iş gördü. Axır ki, problem həll olunacaq”, o deyib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyin başçısı Pyer Krahebül qurumun effektsizliyinə dair ittihamları rədd edir.

Baqaa qaçqın düşərgəsi
Baqaa qaçqın düşərgəsi

“Fələstinli qaçqınların 70 il sonra hələ də qaçqın olmalarına səbəb tərəflərin və beynəlxalq ictimaiyyətin bu münaqişəni həll edə bilməməsidir. Bunun bizim agentliyin vəziyyəti əbədiləşdirməsi ilə əlaqəsi yoxdur. Münaqişələrin həlli üçün siyasət yenilənməlidir, humanitar oyunçular təqsirləndirilməməlidir”, o söyləyib.

70 il öncə İsrail dövləti yaradılanda təxminən 750 min insan torpaq və evlərindən didərgin düşüb. Daha sonra baş verən digər münaqişələr və düşərgədə yeni insanların dünyaya gəlməsi səbəbilə qaçqınların sayı 5 milyona çatıb. 1948-ci ildə baş verən Ərəb-İsrail müharibəsində evlərini itirən insanlar və onların uşaqları beynəlxalq yardım almaq hüququna malikdir. Bir çox qaçqın isə deyir ki, onlar xeyriyyə hesabına yaşamaqdansa, evlərinə geri dönmək istəyir. Lakin İsrail işğal etdiyi heç bir ev və ya torpağı geri verməyəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG