Accessibility links

ABŞ BMT-nin İnsan Haqları Şurasına geri qayıtmağa hazırlaşır


ABŞ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzvlüyə geri qayıtmağa hazırlaşır. Keçmiş prezident Donald Tramp administrasiyası 2018-ci ildə qurumdan ayrılmaq qərarı vermişdi.

Cümə axşamı BMT Baş Assambleyası 47 üzvdən ibarət məclisə 18 yeni üzvün qoşulması üçün səsvermə keçirəcək.

ABŞ da məclisdə yer almaq üçün səs çoxluğuna ehtiyacı olan namizədlər arasındadır. Bunula bilrlikdə heç bir ölkə regional qrup daxilində rəqabətlə üzləşmədiyindən namizədlərin şuraya daxil olmasına heç bir maneə yoxdur.

Budəfəki səsvermə ilə ABŞ-dan əlavə Argentina, Hindistan, Litva, Qətər və Somali də İnsan Haqları Şurasına daxil olmağa çalışır. Bəzi namizədlərin insan hüquqları ilə bağlı vəziyyəti üzvülük məsələsində digərlərindən daha mübahisəlidir.

"Builki İnsan Haqları Şurasının səsverməsində rəqabətin olmaması" seçki "anlayışına istehza etmək deməkdir" deyən BMT İnsan Haqları Müşahidə Təşkilatının direktoru Luiz Karbonneau bildirib ki, "Kamerun, Eritreya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin məclisə üzv olması, BMT-yə üzv ölkələrin insan haqlarının qorunması ilə bağlı əsas missiyasını ciddiyə alınmaması kimi çox pis bir mesaj verir".

Şuraya üzv olan ölkələrdən həm ölkə daxilində, həm də xaricində "insan hüquqlarının təşviqi və qorunması sahəsində ən yüksək standartlara riayət etmələri" gözlənilir.

İnsan Haqları Şurası nisbətən qarışıq bir nüfuza malikdir. Diplomatlar bildirir ki, Suriya, Şimali Koreya, İran və Myanma kimi ölkələrdə müharibə cinayətləri, məişət zorakılğına diqqət çəkilməsi üçün əhəmiyyətli və güclü hesabatlar hazırlanır. ​Lakin eyni zamanda şura tez-tez İsrail, Çin, Rusiya və Pakistan kimi insan hüquqlarının zəif olduğu üzv ölkələr səbəbi ilə tənqidlərə məruz qalır.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG