Dövlət katibi Entoni Blinken bu il sonunda seçkilər keçirilərkən ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına yenidən üzv olmağa çalışacağını deyib.
Blinken çərşənbə günü şuraya qarşısında video müraciətində "BMT-yə üzv bütün dövlətlərdən təvazökarlıqla bu quruma dönmək üçün dəstək istəyirik" deyib.
47 üzvdən ibarət şurada şurada yerlər üç il müddətinə tutullur və Blinken ABŞ-ın 2022-24-cü illərdə bir yer tutmağa çalışacağını bildirib.
ABŞ qurumdan keçmiş Prezident Donald Trampın administrasiyası dövründə şuranın İsraili haqsız hədəf aldığı və üzvlər arasında insan haqlarının durumunun yaxşı olmadığı ölkələrin olması ilə bağlı iddialar irəli sürərək çıxmışdı.
"ABŞ fəaliyyətini bərpa etdikcə, biz İnsan Haqları Şurasından onun işini necə apardığına diqqət yetirməyə çağırırıq. Buraya İsrailə qeyri-proporsional diqqət də daxildir" - deyə, Blinken bildirib.
Birləşmiş Ştatlar bu ayın əvvəl şuraya müşahidəçi qismində qayıdıb.