Accessibility links

ABŞ Bolqarıstanın 3 vətəndaşı və 64 şirkətinə sanksiyalar tətbiq edib


Bolqarıstanın Baş naziri Stefan Yanev və ölkənin prezidenti Rumen Radev
Bolqarıstanın Baş naziri Stefan Yanev və ölkənin prezidenti Rumen Radev

ABŞ çərşənbə günü Rusiya siyasi liderlərinin Bolqarıstan hökumətinə təsir göstərməsi üçün yollar planlaşdırmaqda günahlandırılan oliqarx daxil olmaqda üç Bolqarıstan vətəndaşı və iddia olunduğuna görə, onlarla korrupsiya əlaqəsi olan 64 şirkətə qarşı sanksiya tətbiq edib.

Maliyyə Nazirliyi açıqlamasında bunu bu günə qədər korrupsiyaya qarşı atdığı ən böyük addım adlandırıb.

Transparency International təşkilatının bildirdiyinə görə, Bolqarıstan Avropa İttifaqına üvz ölkələr arasında korrupsiyanın ən yüksəks səviyyədə olduğu ölkədir. Bu Balkan ölkəsi korrupsiyanın kökünü kəsmədiyi və rüşvət alan yüksək vəzifəli məmurları dəmir barmaqlıqlar arxasına salmadığı üçün Avropa Komissiyası tərəfindən dəfələrlə tənqid edilib.

Bolqarıstanın müvəqqəti Baş naziri Stefan Yanev ABŞ Dövlət katibinin Siyasi Məsələlər üzrə məsləhətçisi Viktoriya Nuland tərəfindən bu tədbir barədə telefonla məlumatlandırıldığını və bunun Bolqarıstanda korrupsiyaya qarşı səmərəli mübarizə səylərinin bir hissəsi olduğunu deyib.

"Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə münasibətlərimizdə birmənalı və açıq şəkildə bildirmişik ki, korrupsiyaya qarşı hər şəkildə mübarizə bizim üçün qeyd-şərtsiz prinsipial və praktik prioritet təşkil edir" - deyə, Bolqarıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bu addım Bolqarıstanda iyulun 11-də keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə və 2020-ci ildə baş verən anti-korrupsiya etirazlarından sonra atılıb.

Maliyyə Nazirliyi iş adamı və oliqarx Vassil Bojkova qarşı sanksiyanı o, Rusiya liderlərinin Bolqarıstan hökumətinə təsir göstərməsi üçün kanal yaratmağı planlaşdırdığı və dövlət məmurlarına rüşvət verməkdə günahlandırıldığı üçün tətbiq etdiyini bildirib.

Hədə-qorxu, vergi fırıldaqçılığı və nüfuzdan istifadə də daxil olmaqla, cinayət ittihamları ilə üzləşən qumar maqnatı və Bolqarıstanın ən zəngin adamlarından biri olan Bojkov 2020-ci ildə ölkəni tərk edib. Ona qarşı irəli sürülən ittihamları rədd edən Bojkov hazırda Dubayda yaşayır.

Maliyyə Nazirliyi eləcə də bolqarıstanlı iş adamı və keçmiş millət vəkili Delyan Piivskiyə və deyilənə görə, Piivskinin rüşvət sxemləri üçün istifadə etdiyi dövlət məmuru İlko Jelyazkova qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG