Accessibility links

ABŞ-a səyahət edənlərdən COVİD-19 peyvənd sertifikatı tələb ediləcək


Bu gündən, noyabrın 8-dən etibarən ABŞ-a səfər edən insanlar ölkəyə daxil olmaq üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi test nümayiş etdirməlidir.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi müəyyən edib ki, Amerika Birləşmiş Ştatlarına səyahət məqsədləri üçün qəbul edilən peyvəndlər arasında Amerika Birləşmiş Ştatlarının Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiq edilmiş və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə siyahısına istifafə üçün salınmış (EUL) vaksinlərə daxildir: Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, BIBP/Sinopharm, Sinovac.

XS
SM
MD
LG